Fərid Namazov: “İmişli”nin mənə təklif göndərəcəyini gözləmirdim”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“İmişli” futbol komandasının baş məşqçisi təyin olunan Fərid Namazov klubdan ona təklif göndəriləcəyini gözləməyib.
33 yaşlı mütəxəssis bölgə təmsilçinə qayıtması ilə bağlı fikirlərini bölüşüb.
“Bu gün komanda ilə ilk məşqimiz olacaq. Bu klub mənə yad deyil. İki il əvvəl burada baş məşqçi olmuşam. Rəhbərlik 31 yaşımda mənə etimad göstərmişdi. Etimadı doğrultduq və Premyer Liqaya vəsiqə qazandıq. Burada rəhbərliyin, azarkeşlərin, futbolçuların və məşqçilər korpusunun böyük rolu oldu. Mövsümün sonunda müqaviləmin müddəti bitdi, yolları ayırdıq. Amma hər zaman münasibətimiz qarşılıqlı hörmət çərçivəsində davam edirdi. Öz aramızda söhbətlərimiz olurdu, amma açığı, “İmişli”nin mənə təklif göndərəcəyini gözləmirdim”, - deyə o report.az-a açıqlamasında söyləyib.
F.Namazov PRO lisenziyasını alandan sonra qarşısına müəyyən hədəflər qoyduğunu diqqətə çatdırıb:
“Hansısa bir komandada baş məşqçi olmaq istəyirdim. “İmişli”dən təklif gəldi. Mənim üçün böyük çağırış idi və bunu dəyərləndirmək qərarına gəldim. Bir daha rəhbərliyə təşəkkür edirəm. Bəlkə də böyük risk kimi görünür. Amma ümid edirəm ki, işin öhdəsindən gələcəyik. Daha çox çalışacağıq, işimizə köklənəcəyik. Yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Yeni mövsümün başlamasını gözləyirik”.
Xatırladaq ki, “İmişli” Fərid Namazovla 1 illik müqavilə imzalayıb. Komandanı 2025/2026 mövsümündə Jorj Kaşkilya çalışdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 03 İyul 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















