Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavinini qəbul edib
Icma.az, Operativmedia portalına istinadən məlumat verir.
Noyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silvanı qəbul edib.
"Operativ Media" xəbər verir ki, qonağı salamlayan nazir ona son illərdə Azərbaycanda gənclər və idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib, ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Anqola arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsi müdirinin müavini Ülviyyə Axundova, Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova və Anqola Gənclər və İdman Nazirliyinin İnfrastruktur Departamentinin müdiri Elizabet Kailo da görüşdə iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 06 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















