Fərid Qayıbov: “Bütün diqqətimizi strateji planımıza yönəldəcəyik”
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Gələn həftəsonu Avropa Gimnastika İcraiyyə Komitəsi 2025-ci ildə ilk iclasını keçirəcək. Biz strateji planımıza və gələcək üçün onun əsas hədəflərinə diqqət yetirəcəyik”.
İdman.biz xəbər verir ki, bunu Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov rəhbərlik etdiyi qurumun saytında ənənəvi “Prezidentin qeydləri” rubrikasında deyib.
O, yeni ilin ilk hadisələrini vurğulayıb: “Gimnastikanın müxtəlif növləri üzrə həm yeni, həm də təcrübəli beynəlxalq hakimlər kurslara qatılaraq, brevet imtahanına hazırlaşıb və uğurla keçiblər. Onlar indi yeni Olimpiya dövrünə hazırdırlar, əsl yarış mövsümü isə bu ay ilk Dünya kuboku ilə başlayır".
Qayıbov Avropa Gimnastikasının da mövsümə yaxşı başladığını bildirib: “Biz kişilərin idman gimnastikası üçün “Perfect 10” onlayn seriyasına başlamışıq. Üç fərqli həftəsonuna bölünmüş unikal və yeni tədbir formatı - təsnifat, yarımfinal və final - yaxşı icra edilmiş və yüksək səviyyəli gimnastikaya vurğu ilə qısaldılmış qaydalar formatı təklif edir. Böyük Britaniya Olimpiya mükafatçısı Harri Hepvortun sayəsində 5 tituldan 4-nü qazanıb”.
Avropa Gimnastikasının rəhbəri əlavə edib ki, qurum idman gimnastikası üzrə onlayn yarışları planlaşdırmaqda davam edəcək: “Əsasən gimnastlarımıza Avropa çempionatı, Avropa Gənclər Festivalı və dünya çempionatı kimi böyük yarışlar ərəfəsində öz hərəkətlərini yoxlamaq imkanı vermək üçündür. Kişilər üçün təqvimə bir neçə onlayn Avropa kuboku yarışları da əlavə edəcəyik”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Fevral 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















