Icma.az
close
up
RU
Fərid Qayıbov: “Martdan bütün diqqətimizi yarış mövsümünün hazırlığına yönəltmişik”

Fərid Qayıbov: “Martdan bütün diqqətimizi yarış mövsümünün hazırlığına yönəltmişik”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mart ayından bütün diqqətimizi yarış mövsümünün hazırlığına yönəltmişik”.

İdman.biz xəbər verir ki, bunu Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov rəhbərlik etdiyi qurumun saytında ənənəvi “Prezidentin qeydləri” rubrikasında deyib.

O, ötən ayın mühüm hadisələrini qeyd edib: "Səkkiz Texniki Komitəmizdən bir neçəsi öz fəaliyyət planını və tədbirləri müzakirə etmək üçün görüş keçiriblər. Bu görüşlər seminarlar, təlim-məşq toplanışları və yarışların uğurlu təşkili üçün vacibdir, həmçinin yeni və/yaxud təkmilləşdirilmiş formatlar üzrə fikir mübadiləsinə və müxtəlif növlərin təbliğinə imkan verir.

Bundan əlavə, Texniki Komitələr və əməkdaşlar idman gimnastikası və bədii gimnastika üzrə qarşıdakı Avropa çempionatlarının keçiriləcəyi şəhərlərə səfər ediblər. Yarışların texniki təşkili ilə məşğul olaraq diqqətimizi son məqamlara yönəldib, Leypsiq (Almaniya) və Tallindəki (Estoniya) yerli təşkilat komitələri ilə əməkdaşlıq edərək, bu tədbirləri ən yüksək səviyyədə keçirməyə çalışırıq”.

Fərid Qayıbov əlavə edib ki, gimnastlar beynəlxalq yarışlarda yeni proqramlarını test etməyə başlayıblar: “Bütün bu hazırlıqlar bizə iki həftə çıxışların sehrini bəxş edəcək. Əvvəlcə Leypsiqdə qeyri-adi Almaniya gimnastika festivalı "Turnfest"in mərkəzində olacağıq. On minlərlə gimnastika həvəskarının əhatəsində olmaq, şübhəsiz, hər iki tədbirin enerjisini artıracaq. Ümid edirik ki, ulduzların çıxışları daha bir nəslə ilham verəcək. Bundan dərhal sonra parlamaq növbəsi Tallinnə çatacaq. Estoniyanın paytaxtı ilk dəfə Avropa gimnastika tədbirinə ev sahibliyi edəcək”.

Avropa Gimnastikasının rəhbəri Lüksemburqda keçiriləcək akrobatika üzrə Avropa çempionatına hazırlıqdan söz açıb: “Bir həftə sonra Avropanın ən yaxşı yeniyetmə və böyük akrobatları qitə şöhrətini qazanmaq uğrunda mübarizə aparacaqlar. Yarış "Coque Arena"da baş tutacaq və canlı yayımlanacaq".

Fərid Qayıbov bədii gimnastika üzrə qarşıdakı Avropa kuboku seriyasından da danışıb: "Keçən il start götürən bədii gimnastika üzrə Avropa kuboku bu mövsüm də keçiriləcək. Özü də bir yox, iki mərhələdə! Mayın ilk həftəsonu mənim doğma şəhərim Bakıda olacaq - orada olmaq lazımdır. İki həftədən sonra diqqət Bolqarıstanın sahil şəhəri Burqasa yönələcək. Gördüyünüz kimi, qarşıdakı aylarda çox maraqlı hadisələr gözlənilir! Hamınıza gözəl yarış mövsümü arzulayıram!

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Aprel 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see382

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see223

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see202

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see195

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see179

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see174

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see172

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see163

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see162

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see155

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see147

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see145

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see143

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see140

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see140

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri