Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 16 mart, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 25-ci görüşünü keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Görüşün gündəliyinə uyğun olaraq, əvvəlcə martın 2-8-də təşkil edilmiş “İdman həftəsi”nin hesabatı təqdim edilib, 2026-cı ildə “İdman Paytaxtı” Qazax şəhərində keçiriləcək yarışlar haqqında məlumat verilib. Həmçinin “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq prosesi müzakirə edilib. "İdmançılarda performansın artırılması və zədələrin qarşısının alınmasında biomexanik analizin rolu" və "İdmançıların təsnifatlaşdırılması" barədə təqdimatlar dinlənilib, eləcə də "2025-ci il ərzində regionlarda görülən işlərlə bağlı" hesabat təqdim edilib.
Tədbirdə texniki reqlament məsələləri, idmanda təhlükəsiz mühitin təminatı və şəxsiyyətin qorunması (safeguarding), idman federasiyalarının rüblük hesabat qaydaları, Bakı-2026 - “Dünyanın İdman Paytaxtı”nın rəsmi saytının təqdimatı və federasiyaların sosial media hesabatları da müzakirə olunub. Digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Baxış sayı:130
Bu xəbər 16 Mart 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















