Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb FOTO
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 20-ci görüşünü keçirib.
İdman.biz xəbər verir ki, Azərbaycan İdman Akademiyasında baş tutan görüşdə nazir iştirakçıları salamlayaraq son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Tədbirdə 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq məsələləri müzakirə olunub, Oyunların rəsmi saytı barədə məlumat verilib. Daha sonra ISF U15 Gimnaziada İdman Oyunlarının və idman veteranlarının təqdimatı baş tutub. Həmçinin Azərbaycan İdman Akademiyasında tədris proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.
Federasiyaların qiymətləndirilməsi modeli, nümunəvi nizamnamə və strukturla bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, 2026-cı ilin təqvim planı haqqında məlumat verilib. Sonda “tedbirvar.az” platformasının təqdimatı nümayiş olunub, federasiyaların sosial media fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 27 May 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















