Fərid Qayıbov Qəbələdə idman federasiyalarının nümayəndələri ilə görüşüb
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 23-cü görüşünü keçirib. Sport24.az xəbər verir ki, 2025-ci ilin "İdman Paytaxtı" Qəbələ şəhərində baş tutan görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə gənclər və idman naziri iştirakçıları salamlayaraq son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Görüşdə Azərbaycanda keçirilmiş III MDB Oyunlarında əldə edilmiş nəticələrin təhlili müzakirə edilib. Həmçinin idman məktəblərində cüdo idman növü üzrə normativlərin təsdiqi ilə bağlı məsələ diqqətə çatdırılıb, Mərkəzləşdirilmiş Reyestr Sistemi üzrə təqdimat nümayiş olunub. Regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yerli və beynəlxalq yarışların keçirilməsi məsələləri də müzakirə olunub.
Görüşdə 2026-cı il üzrə ölkə yarışlarının təqvim planı "Tədbirvar" (tedbirvar.az) platformasında təqdim edilib. Sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarına hazırlıq istiqamətində görüləcək işlər haqqında məlumat verilib.
"Bakı 2026 – Dünya İdman Paytaxtı" layihəsi ilə bağlı məsələlər müzakirə edildikdən sonra federasiyaların sosial media hesabatı təqdim olunub. Görüş digər məsələlərin müzakirəsi ilə davam etdirilib.
Baxış sayı:101
Bu xəbər 21 Noyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















