Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xankəndi, 21 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ötən il Xankəndiyə qayıtdıq, dövlət başçısı tərəfindən Azərbaycan bayrağı ucaldıldı. Xankəndiyə idman da qayıtdı, dekabrın 21-də futbol üzrə ölkə kubokunun 8/1 final mərhələsi çərçivəsində “Qarabağ” və Mərkəzi Ordu İdman Klubu qarşılaşdı. Bundan əlavə, bu il Xankəndi–Bakı ultra marafonu təşkil olundu. Bu gün isə Xankəndidə badminton üzrə Azərbaycan çempionatı keçirildi.
Bunu Xankəndidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir işaldan azad olunmuş ərazilərdə növbəti illərdə həm yerli, həm də beynəlxalq yarışların keçiriləcəyini söyləyib: “50 il əvvəl 10-cu Azərbaycan çempionatı Xankəndidə keçirilmişdi. 50 il sonra badminton üzrə Azərbaycan çempionatı yenidən Xankəndidə keçirildi. Xankəndidə idman tədbirlərinin keçirilməsini növbəti illərdə də planlaşdırırıq. Nəinki yerli, eləcə də beynəlxalq tədbirlər keçiriləcək. Artıq Şuşada, Suqovuşanda, Füzulidə beynəlxalq yarışlar keçirilib. İstəyirik ki, növbəti illərdə həm bu yarışlar ənənəvi olsun, həm də yeni yarışlar keçirək” – deyə, nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 21 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















