Icma.az
close
up
RU
Fərid Qayıbov: “Azərbaycan millisi Xankəndidə oynaya biləcək”

Fərid Qayıbov: “Azərbaycan millisi Xankəndidə oynaya biləcək”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gənclər və idman naziri Fərid Qayıbov Almaniyada keçirilən 32-ci Dünya Universitet Oyunlarında Azərbaycan idmançılarının çıxışını şərh edib, payızda ölkəmizdə təşkil ediləcək MDB Oyunlarına hazırlıqdan danışıb, idmanda legioner məsələsinə toxunub və yaxın gələcəkdə UFC-də döyüşən azərbaycanlı idmançıların Bakıda titul döyüşü keçirməsinə ümid etdiyini bildirib.

İdman.biz xəbər verir ki, Azərbaycan komandası Universiada-2025-də 2 qızıl və 2 gümüş medal qazanaraq medal sıralamasında 24-cü yeri tutub.

Fərid Qayıbov "CBC Sport" telekanalına açıqlamasında deyib: “2025-ci ildə Almaniyada keçirilən Dünya Universitet Oyunları bizim üçün iki il əvvəl Çindəki Universiadadan daha uğurlu oldu. Medal cədvəlində daha yüksək yer tutduq. Sevindirici haldır ki, son Universiadalarda daha geniş heyətlə iştirak edirik və daha çox idman növündə təmsil olunuruq”.

Legionerlərin sayının azaldılması ilə bağlı suala cavabında nazir bildirib ki, bu istiqamətdə işlər idman federasiyaları ilə birgə aparılır: “Sonuncu Paris Olimpiadasında legioner idmançıların sayı əvvəlkilərlə müqayisədə daha az idi. Bu il Gümnaziadaya da böyük heyət göndərdik və orada heç bir milliləşdirilmiş idmançı yox idi. Yaxşı nəticə göstərdik.

Legionerlərin dəvət olunmasında məqsəd - Azərbaycanda ənənəsi olmayan idman növlərinin inkişafıdır.

Məsələn, batut gimnastikası. Bu növ 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarının proqramına daxil edilmişdi. Biz də yarışlardan iki il əvvəl bu idman növünü inkişaf etdirməyə başladıq. Bu həm də Olimpiya növüdür. Xarici idmançılar dəvət olundu, amma eyni zamanda uşaq qrupları açıldı. Nəticədə Paris Olimpiadasında ilk dəfə olaraq Azərbaycanı bu növdə yerli idmançımız - Selcan Mahsudova təmsil etdi. Deməli, 10 ilə sıfırdan başlayıb Olimpiya iştirakçısı yetişdirmək mümkündür. 2013-cü ildə legionerlər olmasaydı, bunu etmək çətin olardı.

Təəssüf ki, bəzi federasiyalar milliləşdirmə prosesindən sui-istifadə edirlər. Biz bu mövzunu onlarla müzakirə edirik. İstəyirik ki, gəlmələrin sayını azaltsınlar. Onlar isə deyirlər ki, ağır çəkidə yerli idmançılar azdır, ona görə məcburən legionerlərə müraciət edirlər. Bu, mürəkkəb məsələdir.

İstəyirik ki, öz mütəxəssislərimizi yetişdirək, idman növlərində ənənələr formalaşsın. Dövlət artıq bütün şəraiti yaradıb, o cümlədən bölgələrdə də”.

Fərid Qayıbov bildirib ki, yaxın vaxtlarda “Bədən tərbiyəsi və idman haqqında” yeni qanun Milli Məclisə təqdim oluna bilər: “Statistika göstərir ki, Azərbaycanda idmanla məşğul olan insanların sayı artır. Çoxlu tədbirlər keçiririk. İştirakçı sayı da hər dəfə artır. Məqsədimiz ölkədə idmanın inkişafıdır. İstəyirik ki, idman həyat tərzinə çevrilsin. Azərbaycanın idmanda inkişafı prosesinə ölkə başçısı İlham Əliyev rəhbərlik edir. O, uzun illərdir Milli Olimpiya Komitəsinin prezidentidir. Ölkədə çoxlu idman obyektləri tikilib, böyük yarışlar keçirilir”.

Təxminən 50 gündən sonra - sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçiriləcək. Yarışlar 7 şəhər və rayonda, o cümlədən Xankəndidə 20 idman növü üzrə baş tutacaq: “Xankəndidə stadion demək olar ki, yenidən tikilir. Açığı, orada köhnə stadionu bərpa etməkdənsə, yenisini tikmək daha asandır. Xankəndidə MDB Oyunları çərçivəsində oxatma yarışları keçiriləcək. Stadion müvəqqəti istifadəyə veriləcək, sonra isə təmiri davam edəcək. Məqsəd – UEFA-nın kateqoriyasını almaqdır ki, Azərbaycan millisi və digər komandalar orada beynəlxalq oyunlar keçirə bilsinlər.

Oyunların paytaxtı Gəncədə isə Cənubi Qafqazın ən böyük idman kompleksi tikilib. Orada voleybol, üzgüçülük, qılıncoynatma və güllə atıcılığı yarışları keçiriləcək. Güləşçilər Gəncə Olimpiya İdman Kompleksində mübarizə aparacaqlar. Orada da təmir işləri gedir. Gəncə həmçinin 3x3 basketbol yarışlarına da ev sahibliyi edəcək.

Yeni Gəncə stadionuna gəldikdə isə… Bu stadion çox vacib idi. “Kəpəz” komandası köhnə stadionu yararsız vəziyyətdə olduğu üçün doğma şəhərində oyun keçirə bilmirdi. MDB Oyunlarının açılış və bağlanış mərasimləri həmin yeni stadionda olacaq. Məncə, bu stadion Azərbaycandakı ən yaxşı sırf futbol stadionu olacaq. O, Gəncənin yeni simvollarından birinə çevrilə bilər”.

Azərbaycan millisi MDB Oyunlarında hansı nəticəyə ümid edə bilər? Yarışda MDB ölkələrindən əlavə, bəzi qeyri-postsovet ölkələrin də iştirak edəcəyi gözlənilir. Nazir deyir: “Öz ölkəmizdə azarkeşlər daha çox medal gözləyəcəklər. İdmançılar hazırlaşırlar. Onlardan uğurlu çıxış gözləyirik. Rəqabət güclü olacaq. Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan təmsilçiləri iştirak edəcək… Amma biz idmançılarımıza inanırıq”.

Sonda Fərid Qayıbov UFC-nin Bakıda keçirilmiş ilk tarixi turniri ilə bağlı fikirlərini bölüşüb. Bu yarış Gənclər və İdman Nazirliyi və “Baku City Circuit” əməliyyat şirkətinin təşkilatçılığı ilə baş tutub: "Qonşu ölkələr də UFC turnirini keçirmək istəyirdilər, lakin Azərbaycan artıq özünü yaxşı tərəfdən göstərib. Bizim güclü portfoliomuz var. Bizə etibar edirlər. UFC gecəsini uğurla keçirdik. Çoxlu turist gəlmişdi. Əgər turnir Bakıda hər il keçirilərsə, turistlərin sayı daha da artacaq.

Keçən il Bakıda "Rizin" təşkilatının döyüşləri baş tutdu, bu il isə UFC. Hazırda bu promouşendə üç döyüşçümüz var. Nazim Sadıxov və Rafael Fiziyev uğurlu çıxış etdilər. Tofiq Musayevi də unutmuruq. İstərdik ki, gələcəkdə onlar Azərbaycanda titul uğrunda döyüşsünlər”.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri