Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Fərid Qayıbov: “Yazın sonuncu ayında idman uğurları artan tempdə davam etdi”

Fərid Qayıbov: “Yazın sonuncu ayında idman uğurları artan tempdə davam etdi”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Yazın sonuncu ayında idman uğurları artan tempdə davam etdi. Gənclər sahəsində də fəaliyyətlər yetərincə oldu. Ay ərzində ölkənin müxtəlif bölgələrində beynəlxalq və respublika səviyyəli idman yarışları, eləcə də gəncləri əhatə edən layihələr və sosial təşəbbüslər həyata keçirildi”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov may ayını dəyərləndirərkən deyib.

O, sayca 45-ci “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr etdiyimiz dövlət qurumları arasında növbəti minifutbol turnirinə yekun vurulub: “Artıq üçüncü dəfə təşkil olunan bu turnirdə Ədliyyə Nazirliyi ardıcıl ikinci dəfə qalib oldu. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ikinci, Daxili İşlər Nazirliyi isə ardıcıl ikinci dəfə üçüncü yerə layiq görüldü. Fürsətdən istifadə edərək qalibləri təbrik edirəm. Eləcə də turnirə ilk gündən böyük maraq göstərən bütün dövlət qurumlarına təşəkkür edirəm. Ənənəyə çevrilmiş bu turnir dövlət qurumları arasında əməkdaşlıq ruhunu gücləndirməklə yanaşı, sağlam həyat tərzini təbliğ edir. Regionlarda vətəndaş qəbulu çərçivəsində bu dəfə Yevlax və Mingəçevir şəhər sakinləri ilə görüşdük. Ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüm may ayında da davam etdi. Görüş zamanı idmançılar əldə etdikləri nailiyyətlərdən danışdılar”.

Qayıbov qeyd edib ki, may ayı ənənələr baxımından da zəngin keçib: “Daha bir ənənəvi kütləvi yarış Bakı Marafonu oldu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən qaçış növbəti dəfə uğurla baş tutdu. Müstəqillik Günü münasibətilə Bakıda veloyürüş, Qusarda qaçış və digər kütləvi idman tədbirləri əhalinin sağlam həyat tərzinə ilbəil daha çox diqqət yetirməsinin nümunəsi oldu. Təbii ki, bu yarışlar kütləviliklə yanaşı, idmanın populyarlaşmasına da təsir edən əsas amillərdəndir. İdman federasiyalarının inkişafı və uğurları da bizi sevindirir. Azərbaycan Badminton Federasiyası Dünya Badminton Federasiyasının “BWF İnklüziv 2025” mükafatına layiq görülməsi bu federasiyanın beynəlxalq səviyyədə fəaliyyətinin yüksək qiymətləndirilməsinin göstəricisidir. Bir sıra federasiyaların növbəti ümumi yığıncaqları keçirildi. Azərbaycan Velosiped Federasiyasına Zaur Axundov, Azərbaycan Motosiklet İdmanı Federasiyasına Fuad Bağırov yeni prezident, Azərbaycan Şahmat Federasiyasına Mahir Məmmədov isə yenidən rəhbər seçildilər. Hər üç federasiya prezidentinə fəaliyyətlərində uğurlar arzulayıram və inanıram ki, rəhbərlik etdikləri növün inkişafına nail olacaq, yeni nailiyyətlər qazanacaqlar”.

Nazir bildirib ki, UNESCO-nun Parisdəki Baş Qərargahında keçirilən COP9 Bürosunun beşinci rəsmi iclası çərçivəsində qurumun vitse-prezidenti olaraq Mərkəzi və Şərqi Avropa ölkələri qrupunun nümayəndələri ilə görüşüb: “Bu mühüm beynəlxalq platformada ölkəmizin fəal təmsil olunması idmanda dopinqə qarşı mübarizəyə verdiyi önəmi bir daha nümayiş etdirir. May ayında Slovakiya Respublikasının idman məsələləri üzrə dövlət katibi İvana Şuflyarska Libyakova və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb gələcək layihələrə dair fikir mübadiləsi apardım. Həmçinin DSHT Avropa Regional Skaut Komitəsinin sədri Mattias Gerzi və Dünya Skaut Bürosunun rəhbərliyi ilə Azərbaycanda skaut hərəkatının inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik. Gənclər və idman sahəsində təcrübə mübadiləsi çərçivəsində ölkəmizə gəlmiş Türkiyə Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə də maraqlı görüşümüz oldu. Mütəmadi olaraq davam edən bu ikitərəfli münasibətlər qardaş ölkə ilə həm idman, həm də gənclər siyasəti sahəsində əməkdaşlığın inkişafına təkan verməkdədir. İdman federasiyalarının nümayəndələri ilə 20-ci görüşümdə son dövrdə görülən işlər, qarşıda duran vəzifələr, III MDB Oyunlarına hazırlıq və digər məsələlər barədə fikir mübadiləsi apardıq. Belə görüşlər federasiyalarla qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və idman sahəsində vahid yanaşmanın formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.

O vurğulayıb ki, Azərbaycan Televiziyasında ən uzun müddətli idman verilişi olan “Televiziya Şahmat Klubu”nun Ginnesin Rekordlar Kitabına dünyanın ən uzunömürlü idman verilişi kimi düşməsi böyük qürur hissi yaşadıb: “Faiq Həsənovun müəllifi və aparıcısı olduğu 55 il 277 gün efirdə yayımlanan bu veriliş ölkəmizdə şahmatın təbliği və inkişafına böyük töhfə verib. Bir daha şahmat ailəsini, Faiq Həsənovu və eləcə də AZTV-ni bu uğur münasibətilə təbrik edirəm”.

Qayıbov regionlarda idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində işlər davam etdiyini də deyib: “Bu dəfə Qax şəhər stadionunun ərazisində istifadəyə verilmiş cüdo zalının açılışında iştirak etdik. Eləcə də, Zaqatala Olimpiya İdman Kompleksində aparılan əsaslı təmir işləri ilə yerində maraqlandıq. Ölkəmizdə irimiqyaslı müxtəlif tədbirlər keçirilir. Azərbaycanın beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi ənənəsi bu dəfə də davam etdi. Milli Gimnastika Arenasında təşkil olunan minifutbol üzrə dünya çempionatı, eyni zamanda milli komandamızın uğurlu çıxışı ilə daha da əlamətdar oldu. Avropa çempionu və dünya dördüncüsü olmuşduq. Bu dəfə isə doğma divarlar arasında dünya çempionu olduq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qələbənin ertəsi günü milli komanda üzvləri ilə görüşüb, onları təbrik edib, bu uğurun ölkəmizin idman tarixində mühüm yer tutduğunu vurğulayıb. Çempionat müddətində azarkeşlərin də möhtəşəm dəstəyi var idi. Federasiyanın gördüyü işi xüsusilə qeyd etmək istərdim, həmçinin yüksək təşkilatçılığa görə bütün qurumlara, xüsusilə də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə təşəkkürümü bildirirəm”.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 İyun 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see326

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see209

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see179

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see125

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri