Icma.az
close
up
RU
Fərid Qayıbov Estoniyaya səfər etdi

Fərid Qayıbov Estoniyaya səfər etdi

Gənclər və idman naziri Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Büro İclasında iştirak etmək məqsədilə Estoniyanın paytaxtı Tallinə səfər edib.

Sfera.az xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov Estoniyanın mədəniyyət naziri xanım Heydi Purqa ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Estoniyada idman sahəsində dövlət siyasətini Mədəniyyət Nazirliyi həyata keçirir.

seeBaxış sayı:36
embedMənbə:https://sfera.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri