Icma.az
close
up
RU
Fəridə Əzizova: Azərbaycanda idmana xüsusi həssaslıqla yanaşılır

Fəridə Əzizova: Azərbaycanda idmana xüsusi həssaslıqla yanaşılır

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Yaşından, işindən asılı olmayaraq, hər kəsi pis vərdişlərdən uzaq olmağa, idmanla məşğul olmağa və sağlam həyat yaşamağa dəvət edirəm”.

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında gənc taekvondoçulardan ibarət Azərbaycan millisinin məşqçisi Fəridə Əzizova 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı danışarkən deyib.

Taekvondo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı idmanla məşğul olmağa yeni başlayan gənclərə məsləhət verib: “İdmanla peşəkar şəkildə məşğul olmağa qərar verən hər kəs öncədən bilməlidir ki, həyatlarının böyük qismini buna həsr etməlidirlər. Yaxşı və titullu idmançı olmaq üçün ilk növbədə seçdikləri növü həyatlarının mərkəzinə qoymalıdırlar. Əgər onlar idmanı ikinci plana atsalar, istədikləri nailiyyətləri əldə edə bilməzlər. Hər zaman idmançıda səbr, əzmkarlıq, idman ruhu və vətənpərvərlik özünü göstərməlidir”.

O, Azərbaycanda idmana hər zaman xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb: “Peşəkar idmançı karyeramız ərzində hər birimiz dövlətimizin başçısının, Azərbaycan xalqının dəstəyini və diqqətini hiss etmişik. Ona görə də iştirak etdiyimiz bütün beynəlxalq turnirlərdə həmişə bayrağımızı qürurla dalğalandırmağa, himnimizi səsləndirməyə, bir sözlə, ölkəmizi layiqincə təmsil etməyə çalışmışıq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Mart 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri