Icma.az
close
up
RU
Şirvan şəhərində əlilliyi olan şəxslərə xüsusi həssaslıqla yanaşılır

Şirvan şəhərində əlilliyi olan şəxslərə xüsusi həssaslıqla yanaşılır

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz birlikdə güclüyük!” adlı tədbir keçirilib.

İcra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi anılıb.

Tədbirdə Beynəlxalq Əlillər Gününün 1992-ci ilin dekabrın 14-də BMT Baş Assambleyasının qərarı ilə təsis edildiyi, Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildən başlayaraq Azərbaycanda da geniş qeyd olunduğu bildirilib. Həmçinin Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qorunması, rifah halının yaxşılaşdırılması, problemlərinin həlli, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən dövlət proqramlarından danışılıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan əlillərə münasibətdə həyata keçirilən dövlət siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri və qazilərlə keçirdikləri görüşlərin cəmiyyətə örnək nümunəsi olduğu xüsusi qeyd edilib. Dövlət başçısının əlillərə göstərdiyi diqqət və qayğının yerlərdə də davam etdirildiyi bildirilib.

Qeyd olunub ki, Şirvan Şəhər İcra Hakimiyyətinə müraciət edən aztəminatlı əlillərə hərtərəfli kömək göstərilir. Şirvan Mərkəzi Şəhər Xəstəxanasında, Diaqnostika Mərkəzində və Reabilitasiya Mərkəzində əlillərə xüsusi həssaslıqla yanaşılır, onların müalicəsi, reabilitasiyası istiqamətində zəruri tədbirlər görülür.

Tədbirdə əlilliyi olan şəxslərin bir-birindən maraqlı musiqi və rəqs nömrələri, əl işləri təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri