Icma.az
close
up
RU
Fernandu Santuş: Dəyişiklik etməliyəm, daha çox müdafiədə oturub, əks hücumlara üstünlük verəcəyik

Fernandu Santuş: Dəyişiklik etməliyəm, daha çox müdafiədə oturub, əks hücumlara üstünlük verəcəyik

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli komandası Haiti yığması ilə yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki, matç millimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Fernandu Santuş görüşlə bağlı fikirlərini bildirib:

- Bu heyəti yuxunuzda görsəydiz, heyəti dəyişərdiz?

- Əlbəttə, dəyişərdim. Əslində, kollektiv məşqlərdə özünü yaxşı tərəfdən göstərirdi. Oyundan sonra çox şey demək olar. Birinci hissədə daha yaxşı idik. Qol epizodlarımız oldu, vura bilmədik. Fasilədən sonra isə hücum xətti üçün yeni oyunçular buraxdıq. Cinah ötürmələrindən yararlanmaq niyyətindəydik. Yarımmüdafiədəki dəyişiklik də, intensivliyi artırmaq üçün idi. Amma buraxdığımız ikinci qoldan sonra komanda ruhdan düşdü. Futbolçular nələrsə etməyə çalışdılar, amma alınmadı.

- Elvin Cəfərquliyev bu dəfə yoldaşlıq görüşündə meydandan qovuldu. Necə şərh edərdiz?

- Elvinin özü ilə söhbət etdim. Hətta bunun yolverilməz olduğunu ona bildirdim. Amma bir şeyə görə oyunçunu öldürə də bilmərik.

- Deyirdiz ki, gələcəyin komandasını qurursunuz. Lakin heyətdə üç rus, 1 türk futbolçu var. Həmin oyunçuların da üçünün yaşı 30-dan yuxarıdır. Gələcəyin komandasını onlarla qurursuz?

- Ozancan Kökçünün 27, Şahruddin Məhəmmədəliyevin 29 yaşı var. Təbii ki, inkişaf istəyiriksə, təcrübəli oyunçulardan da istifadə etməliyik. Millidə gənclər də yer alıb. Bədavi Hüseynov, Şahruddin Məhəmmədəliyev çox təcrübəli və güclü futbolçulardır. Gənclər milliyə gələndə onlardan dəstək görməlidirlər. Dünya praktikasında da milliləşdirilmiş oyunçular var. Pepe 40 yaşına kimi Portuqaliya yığmasında oynayıb, amma braziliyalıdır. Bir oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur.

- Qarşıda Belarusla görüş var. Həmin matçda heyətdə dəyişikliklər edəcəksiz? Məsələn, "Qəbələ"dən dəvət etdiyiniz Şahin Şahniyarovu meydanda görəcəyik?

- Təbii ki, Belarusla görüşdə dəyişikliklrə olacaq. Görüş istədiyimiz kimi getsə, Şahin də şans qazana bilər. Onun istedaldı futbolçu olduğunu düşünürəm. Əlbəttə, strateji dəyişikliklərin məsuliyyəti məndədir. Haitiyə qarşı 4-4-1-1 oynamaq istəyirdik, lakin alınmadı.

- Haitinin üçüncü qolundan sonra yerli fanatlar onları alqışlayırdı...

- Futbolda belə hallar da olur. Fanatlar da millimizdən qalibiyyət qələbə gözləyir. Ümid edirəm ki, bizdə də ardıcıl qələbələr olsa, rəqibin də səviyyəsi eynidirsə, rəqib azarkeşlər bizi alqışlayar.

- Artıq bir ildir ki, Azərbaycan millisində işləyirsiz. Milli komandada nəyi dəyişə bilmisiz? 

- İnanıram ki, dəyişiklik etmək olacaq. Oyunçuların potensialına görə düşünürdüm ki, hücum futbolu oynaya bilərik. Amma fikirləşirəm ki, müdafiədə qalıb, əks-hücuma çıxmaq daha yaxşı olar. Dəyişiklər olacaq. Rəqiblərlə başabaş mübarizə aparmaq istəyirik. Məşqçi olaraq dəyişiklik etməliyəm. Növbəti oyunlardan bunu edəcəm. Daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik. Növbəti matçda sistem və oyunçu olaraq dəyişiklik olacaq.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sportal.az
archiveBu xəbər 23 Mart 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri