Icma.az
close
up
RU
Müdafiədə oturub, əks hücumlara üstünlük verəcəyik Fernandu Santuş

Müdafiədə oturub, əks hücumlara üstünlük verəcəyik Fernandu Santuş

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Haiti ilə keçirilən yoldaşlıq görüşündən sonra fikirlərini bildirib.

QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 0:3 hesablı məğlubiyyətin ardından jurnalistlərin suallarını cavablandırıb:

- Bu heyəti yuxunuzda görsəydiniz, heyəti dəyişərdiniz?

- Əlbəttə, dəyişərdim. Əslində, kollektiv məşqlərdə özünü yaxşı tərəfdən göstərirdi. Oyundan sonra çox şey demək olar. Birinci hissədə daha yaxşı idik. Qol epizodlarımız oldu, vura bilmədik. Fasilədən sonra isə hücum xətti üçün yeni oyunçular buraxdıq. Cinah ötürmələrindən yararlanmaq niyyətində idik. Yarımmüdafiədəki dəyişiklik də intensivliyi artırmaq üçün idi. Amma buraxdığımız ikinci qoldan sonra komanda ruhdan düşdü. Futbolçular nələrsə etməyə çalışdılar, amma alınmadı.

- Elvin Cəfərquliyev bu dəfə yoldaşlıq görüşündə meydandan qovuldu. Necə şərh edərdiniz?

- Elvinin özü ilə söhbət etdim. Hətta bunun yolverilməz olduğunu ona bildirdim. Amma bir şeyə görə oyunçunu öldürə də bilmərik.

- Deyirdiniz ki, gələcəyin komandasını qurursunuz. Lakin heyətdə üç rus, 1 türk futbolçu var. Həmin oyunçuların da üçünün yaşı 30-dan yuxarıdır. Gələcəyin komandasını onlarla qurursunuz?

- Ozancan Kökçünün 27, Şahruddin Məhəmmədəliyevin 29 yaşı var. Təbii ki, inkişaf istəyiriksə, təcrübəli oyunçulardan da istifadə etməliyik. Millidə gənclər də yer alıb. Bədavi Hüseynov, Şahruddin Məhəmmədəliyev çox təcrübəli və güclü futbolçulardır. Gənclər milliyə gələndə onlardan dəstək görməlidirlər. Dünya praktikasında da milliləşdirilmiş oyunçular var. Pepe 40 yaşına kimi Portuqaliya yığmasında oynayıb, amma braziliyalıdır. Bir oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur.

- Qarşıda Belarusla görüş var. Həmin matçda heyətdə dəyişikliklər edəcəksiniz? Məsələn, "Qəbələ"dən dəvət etdiyiniz Şahin Şahniyarovu meydanda görəcəyik?

- Təbii ki, Belarusla görüşdə dəyişikliklrə olacaq. Görüş istədiyimiz kimi getsə, Şahin də şans qazana bilər. Onun istedadlı futbolçu olduğunu düşünürəm. Əlbəttə, strateji dəyişikliklərin məsuliyyəti məndədir. Haitiyə qarşı 4-4-1-1 oynamaq istəyirdik, lakin alınmadı.

- Haitinin üçüncü qolundan sonra yerli fanatlar onları alqışlayırdı...

- Futbolda belə hallar da olur. Fanatlar da millimizdən qələbə gözləyir. Ümid edirəm ki, bizdə də ardıcıl qələbələr olsa, rəqibin də səviyyəsi eynidirsə, rəqib azarkeşlər bizi alqışlayar.

- Artıq bir ildir ki, Azərbaycan millisində işləyirsiniz. Milli komandada nəyi dəyişə bilmisiniz? 

- İnanıram ki, dəyişiklik etmək olacaq. Oyunçuların potensialına görə düşünürdüm ki, hücum futbolu oynaya bilərik. Amma fikirləşirəm ki, müdafiədə qalıb, əks-hücuma çıxmaq daha yaxşı olar. Dəyişiklər olacaq. Rəqiblərlə başabaş mübarizə aparmaq istəyirik. Məşqçi olaraq dəyişiklik etməliyəm. Növbəti oyunlardan bunu edəcəm. Daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik. Növbəti matçda sistem və oyunçu olaraq dəyişiklik olacaq.(sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Mart 2025 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri