Fernandu Santuş istefaya göndərilir?
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli komandamızın baş məşqçisi Fernandu Santuş istefaya göndərilə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və idman mediasında məlumatlar paylaşılır. Buna səbəb kimi onun Azərbaycan yığması ilə Millətlər Liqasında uğursuz nəticə qazanması göstərilir.
Portuqaliyalı mütəxəssisin taleyinə dekabrın 13-də baş tutacaq AFFA İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək. O, həmin iclasda nəticələrlə bağlı İK-ya hesabat təqdim edəcək və daha sonra mütəxəssislə bağlı qərar veriləcək.

