ABŞ Meksika və Kanada ilə ticarət sazişini yenidən nəzərdən keçirməyə hazırlaşır
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın administrasiyası yaxın vaxtlarda ABŞ, Kanada və Meksika arasında azad ticarət haqqında üçtərəfli sazişə (USMCA) yenidən baxmaq niyyətindədir.
APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, ABŞ-ın Ticarət Nümayəndəliyi ən geci 4 oktyabra qədər saziş üzrə ictimai məsləhətləşmələrə başlayacaq. Proses bir neçə ay davam edəcək və şirkətlərin, həmkarlar ittifaqlarının rəylərinin toplanmasını, ictimai dinləmələrin keçirilməsini, eləcə də 2026-cı ilin yanvarında Konqresə təqdim olunacaq hesabatın hazırlanmasını nəzərdə tutur.
İyulun 1-dək sazişdə iştirak edən ölkələrin nümayəndələrinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.
Avqustun 1-dək Vaşinqton və Ottava ayrıca ticarət razılaşması əldə edə bilmədiyindən, prezident Tramp həmin gündən etibarən bəzi Kanada mallarına tətbiq olunan rüsumları 25%-dən 35%-ə qaldırmaq barədə fərman imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 05 Sentyabr 2025 04:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















