Icma.az
close
up
RU
Süni dadlandırıcılar beyin sağlamlığına təsir edə bilər ARAŞDIRMA

Süni dadlandırıcılar beyin sağlamlığına təsir edə bilər ARAŞDIRMA

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 5 sentyabr, AZƏRTAC

“Neurology” jurnalında dərc olunan yeni araşdırma bəzi süni dadlandırıcıların uzunmüddətli beyin sağlamlığına mənfi təsir göstərə biləcəyini ortaya qoyub.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, Braziliyanın Sao Paulo Universitetindən alimlərin apardığı tədqiqatda 12 min 772 nəfər böyüklə bağlı məlumatlar təhlil edilib. Orta yaş 52 olan iştirakçılar səkkiz il ərzində izlənilib və onların qidalanma vərdişləri ilə koqnitiv test nəticələri müqayisə olunub.

Nəticələrə görə, ən çox süni dadlandırıcı qəbul edənlərdə yaddaş və düşünmə bacarıqları ən az qəbul edənlərlə müqayisədə 62 faiz daha sürətli zəifləyib. Bu, təxminən 1,6 il daha tez qocalmağa bərabərdir. Orta istehlakçılarda zəifləmə 35 faiz daha çox olub. Əlaqə, xüsusilə, 60 yaşdan aşağı şəxslərdə və diabetli insanlarda daha güclü müşahidə edilib. Aspartam, saxarin, asesülfam-K, eritritol, ksilitol və sorbitol koqnitiv tənəzzüllə əlaqələndirilib. Yalnız taqatoza ilə belə bir əlaqə tapılmayıb.

Tədqiqatçılar bildirirlər ki, süni dadlandırıcılar çox vaxt sağlam alternativ kimi qəbul olunsa da, onların uzunmüddətli təsirləri düşündüyümüz qədər zərərsiz olmaya bilər.

Mütəxəssislər nəticələrin hələ səbəb-nəticə əlaqəsini tam sübut etmədiyini vurğulayır və bal, ağcaqayın siropu kimi digər alternativlərin araşdırılmasına ehtiyac olduğunu bildirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 06:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri