Icma.az
close
up
RU
Fernandu Santuş: Öz yolumuzla davam etməliyik, uğuru bu yolun davamında görürəm

Fernandu Santuş: Öz yolumuzla davam etməliyik, uğuru bu yolun davamında görürəm

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının baş məşqççisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

Sportal.az portuqaliyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

- Qarşıdakı iki oyundan gözləntiləriniz nədir? 

- Gözləntilər həmişə olduğu kimi yaxşı məşq etmək, yaxşı hazırlaşmaq və qalib gəlməkdir.

- Elə futbolçu oldu ki, yığmaya dəvət etmək istədiz, ancaq tərəddüd etdiz?

- Əlbəttə, bəzi oyunçular var ki, istəyərdim dəvət edim, amma zədəli olduqları üçün alınmadı. Bunlar Coşqun Diniyev, Anton Krivotsyuk, Mustafaza Əhmədzadə, Amin Seydiyev və Aleksey İsayevdir. Bundan əvvəlki toplanışda Ramill Şeydayevə Ozan Can Kökçü də dəvət edilmişdi. Son oyunlarda klublarında mütəmadi oynamırlar. Ona görə də dəvət edilməyiblər. Oynamayan futbolçu toplanışa dəvət almayacaq. Gələcəkdə mütəmadi oynasalar, yenə də millinin qapısı onlara açıqdır. 

- Mətbuatda yayılan xəbərlərə görə, milli qarşıdakı iki oyunda uduzsa, sizin kreslonuz laxlayacaq...

- Bu, mənim problemim deyil. Sadəcə gəzən söz-söhbətlərdir. Necə vacab verəcəyimi bilmirəm. Bu məsələyə AFFA rəhbərliyi baxır.

- Sizin gəlişinizdən sonra millidə hansı istiqamətdə inkişaf olub? Nəticələr bəllidir, oyun sarıdan da nəsə görünmür...

- Bu layihə uzun yoldur. Bir çox oyunçular bizimlə toplanışda olublar, bizi tanıyırlar. Biz öz yolumuzla davam etməliyik. Uğuru bu yolun davamında görürəm.

- Premyer Liqamızın səviyyəsini 10 ballıq şkalada necə ölçərsiniz?

- Ümumi çempionata necə bal verərəm? "Qarabağ"ın hansı səviyyədə iştirak etdiyini bilirik. Amma ümumi çempionata 10 ballıq şkalada 5 bal verərdim. Hər komandanın baş məşqçisi çalışır ki, istəklərinə nail olsun, reallaşdırsın. 10 komandadan 3-4-ü yuxarı yerlər uğrunda mübarizə aparır.

- Vüsal İsgəndərlini niyə milliyə dəvət etmirsiz?

- Millinin heyətinə 25 oyunçu dəvət oluna bilər. 55 oyunçu çağıra bilmərik. Vüsal İsgəndərli klubunda bəzən sağ cinah müdafiəçisi kimi çıxış edir. 

- Klubunda mütəmadi oynamayanı milliyə dəvət etməyəcəyinizi bildirdiniz. Nəzərə alsaq ki, yeni mövsümdən legioner limiti olmayacaq. Onda milliyə məcbur qalıb mütəmadi oynamayanları çağıracaqsız?

- Biri var, klubunda 5-10 dəqiqə oynayasan, biri də var ki, davamlı olaraq iştirak ərizədində olmursan, ehtiyatda oturursan. Mən bu oyunçuları nəzərdə tuturdum. Hərənin öz klubu var, hər bir məşqçinin də qərarına hörmətlə yanaşıram. Hansısa məşqçi bir futbolçunun oynamasına, digərinin oynamamasına qərar verir. Əgər söhbət millidən gedirsə, bura dəvət olunan futbolçunun oyun praktikası olmalıdır. Bizim əlimizdə xaricdə oynayan elə də çox oyunçu yoxdur. Var, amma çox azdır. Biri Renat Dadaşovdur. Milliyə dəvət olan futbolçular mütəmadi oynamalıdırlar.  Gəlin, gözləyək. Qarşıdakı çempionatda vəziyyət necə olacaq, ondan sonra bu haqda danışarıq. Mən də istəyərdim ki, yerlilər daha çox oynasın. Premyer Liqaya iki komanda da da gələcək.

- Mövsüm başa çatan kimi milli üzvləri çox da istirahət etməyəcək. Onları necə motivasiya edəcəksiz?

- Ümid edirəm ki, onların motivasiyalarına pis təsir etməz. Biz ayın 27-dən toplanışa başlayacağıq. Cədvəli elə qurmuşuq ki, gündəlik 1 məşq olsun və futbolçular ailələri ilə çox vaxt keçirsinlər. Kubokun finalında oynayacaq oyunçulara 3 gün istirahət veriləcək. Ailələri ilə vaxt keçirdikdən sonra bizə qoşulacaqlar. Əgər sənin milli ruhun, milliyə sevgin varsa, ora hər zaman motivasiya ilə gedəcəksən. Harada çalışmışamsa, oyunçular milliyə motivasiya ilə gəliblər. Oyunçularımı bir müddətdir tanıyıram, onlara güvənirəm. İnanıram ki, onlar milliyə gələndə sevinirlər. 

- Yekun olaraq, optimal heyəti nə vaxt formalaşdıracaqsız?

- Milliyə 25 oyunçu dəvət edilir. Əksəriyyəti eyni oyunçulardır. Mən Millətlər Liqasının qalibi olmuşam.

- Gənc həmkarımıza əsəbiləşdiz. Sizə güvənirik, amma nəticə yoxdur...

- Xeyr, əsəbiləşməmişəm. Yoldaşlıq görüşləri odur ki, oyunçuları yoxlayaq. Hər dəfə toplanışlara yeni oyunçular cəlb olunmalıdırlar ki, millinin ab-havasını hiss etsinlər. Onların gələcəkdə millidə oynamaq imkanı olub-olmamasını görərsən. Eyni şey Yunanıstanda, Portuqaliyada da baş verdi. Hazırda Portuqaliya millisində oynayanların çoxusu 18-19 yaşlarında mənim dəvət etdiklərimdir. Eyni şey Yunanıstanda da oldu.

- Şahruddin Məhəmmədəliyev "Qarabağ"da demək olar ki, oynamır. Amma onu milliyə dəvət edirsiz. Azərbaycanda elə gənc qapıçı yoxdur ki, indidən dəvət edib, ona etibar edəsiz...

- Qapıçı futbolda ən spesifik mövqedir. Qapıda biz az rotasiya edirik. Son toplanışda Şahruddin zədələndi və Əlirza Müştəbəzadəni milliyə dəvət etdik. Rza Cəfərov var, perspektivi olan qapıçıdır. Şahruddin də təcrübəli qapıçıdır və düşünürəm ki, təcrübəsi ilə yanındakı kömək edəcək.

Vüsal İsgəndərli

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://sportal.az
archiveBu xəbər 23 May 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see268

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see261

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see250

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see189

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see142

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see138

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see132

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see129

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see126

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see126

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see125

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri