Icma.az
close
up
RU
Bu yolun davamında uğur görürəm Fernandu Santuş

Bu yolun davamında uğur görürəm Fernandu Santuş

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Yaxşı komandaya qarşı oynayacağıq. Düzgün hazırlaşıb qarşıdakı oyunlarda qələbə qazanmaq istəyirik. Kimləri istəyirdimsə, onları milliyə çağırmışam”.

QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu santuş bu gün keçirdiyi mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis əvvəlcə Latviya və Macarıstanla keçiriləcək yoxlama oyunları üçün seçdiyi heyətlə bağlı danışıb:
“Bəzi futbolçulara zədə səbəbindən dəvət göndərmədim. Bunlar Coşqun Diniyev, Anton Krivotsyuk, Amin Seydiyev və Aleksey İsayevdir. Bundan öncəki təlim-məşq toplanışına Ramil Şeydayevlə Ozan Can Kökçü də çağırılmışdı. Ancaq onlar mütəmadi oynamırlar. Son zamanlar özlərini yaxşı tərəfdən göstərə bilmədikləri üçün dəvət almayıblar. Gələcəkdə daimi oynasalar, şans qazanacaqlar. Amma öz komandasında davamlı şəkildə ehtiyatda oturan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar. Biri var, klubunda 5-10 dəqiqə oynayasan, biri də var ki, davamlı olaraq iştirak ərizəsində olmursan, ehtiyatda oturursan. Mən bu oyunçuları nəzərdə tuturdum. Hərənin öz klubu var, hər bir məşqçinin də qərarına hörmətlə yanaşıram. Hansısa məşqçi bir futbolçunun oynamasına, digərinin oynamamasına qərar verir. Əgər söhbət millidən gedirsə, bura dəvət olunan futbolçunun oyun praktikası olmalıdır. Bizim əlimizdə xaricdə oynayan elə də çox oyunçu yoxdur. Biri Renat Dadaşovdur. Milliyə dəvət olunan futbolçular mütəmadi oynamalıdırlar.  Mən də istəyərdim ki, yerlilər daha çox oynasın. Premyer Liqaya iki komanda da da gələcək”.

Santuş qarşıdakı iki oyunda baş verə biləcək uğursuzluqlardan sonra mümkün istefası ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Bu, mənim problemim deyil. Sadəcə gəzən söz-söhbətlərdir. Necə vacab verəcəyimi bilmirəm. Bu məsələyə AFFA rəhbərliyi baxır. Bu layihə uzun yoldur. Bir çox oyunçular bizimlə toplanışda olublar, bizi tanıyırlar. Biz öz yolumuzla davam etməliyik. Uğuru bu yolun davamında görürəm”.

Baş məşqçi Azərbaycan Premyer Liqasının səviyyəsini normal olduğunu da bildirib: "Qarabağ"ın hansı səviyyədə iştirak etdiyini bilirik. Ümumi çempionatı nəzərə alsaq, 5 bal verərdim . 10 komandadan 3-4-ü yuxarı pillələr uğrunda mübarizə aparır. Hər komanda istəyinə çatmağa çalışır”.

70 yaşlı mütəxəssis qeyd edib ki, gənc futbolçulara şans vermək hazırda çox vacibdir: “Yoldaşlıq görüşləri odur ki, oyunçuları yoxlayaq. Hər dəfə toplanışlara yeni oyunçular cəlb olunmalıdırlar ki, millinin ab-havasını hiss etsinlər. Onların gələcəkdə millidə oynamaq imkanı olub-olmamasını görəsən. Eyni şey Yunanıstanda, Portuqaliyada da baş verdi. Hazırda Portuqaliya millisində oynayanların çoxusu 18-19 yaşlarında mənim dəvət etdiklərimdir. Eyni şey Yunanıstanda da oldu”.

Santuş gənc qapıçılara yox, “Qarabağ”da mütəmadi oynamayan Şahruddin Məhəmmədəliyevə niyə şans verirsiniz” sualını isə belə cavablandırıb:“Qapıçı futbolda ən spesifik mövqedir. Qapıda biz az rotasiya edirik. Son toplanışda Şahruddin zədələndi və Əlirza Müştəbəzadəni milliyə dəvət etdik. Rza Cəfərov var, perspektivi olan qapıçıdır. Şahruddin də təcrübəli qapıçıdır və düşünürəm ki, təcrübəsi ilə yanındakı kömək edəcək”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 May 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri