Icma.az
close
up
RU
Ferstappen pouldan başladı, Piastri qələbə ilə tamamladı

Ferstappen pouldan başladı, Piastri qələbə ilə tamamladı

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Formula 1-in 75-ci ildönümü mövsümünün ilk dörddə biri geridə qalıb və bu həftəsonu Mayamidə mövsümün okeanın o tayındakı ilk yarışı baş tutub.

Apasport.az xəbər verir ki, 6 sprint yarışından ikincisi də Mayamidə keçirilib. Cümə günü 1 saatlıq sərbəst yürüşdən sonra sürücülər sprint sıralanma turuna çıxıblar.

Gərgin mübarizə şəraitində “Mercedes”in debütantı Andrea Kimi Antonelli sensasion qələbə qazanaraq “McLaren” sürücülərini qabaqlayıb.

Şənbə səhəri keçirilən sprint yarışına yağış səbəbindən gecikmiş start verilib. Antonelli birinci döngədə yer tapa bilmədiyi üçün Piastri, Norris və Ferstappenə yol verib. İlk olaraq quru təkərlərə keçən “Ferrari”nin təcrübəli sürücüsü Lyuis Hemilton bu qərarı ilə podiumun son pilləsinə yüksəlib. Lando Norris isə pit-stopunu Təhlükəsizlik Maşınının (TM) dövrəsində edərək liderliyə yüksəlib və finişə qədər mövqeyini qoruyub. “McLaren” Piastrinin ikinci yeri ilə mövsümdə ilk sprint dublunu yaşayıb.

Günün ikinci yarısında əsas yarış üçün sıralanma müəyyənləşdirilib. Mövsümdə ilk dəfə Hemilton son sessiyaya keçə bilməyib. Final sessiyada Maks Ferstappen Lando Norrisi 0.065 saniyə qabaqlayaraq poul mövqeyini qazanıb.

Ferstappen liderliyini qorusa da, Landonu sıxışdırdığı üçün britaniyalı altıncı yerə geriləyib. Oskar Piastri isə sürətlə irəliləyərək 14-cü dövrədə Ferstappeni də geridə qoyub və liderliyi ələ keçirib. Ferstappen əvvəlcə ikinci, daha sonra isə üçüncü yeri də itirib. Virtual Təhlükəsizlik Maşını dövrəsində pitə girən Corc Rasl yumşaq təkərlərlə trasa qayıdaraq podiuma yüksəlib.

Yarışın sonlarında “Ferrari” sürücüləri arasında gərgin mübarizə gedib. Lekler komanda yoldaşı Saynsı keçib, Lyuis isə fürsətdən istifadə edərək irəliləyib. Sayns daha sonra Hemiltonu geridə qoyaraq mövqeyini bərpa edib. Son döngələrdə “Ferrari” və “Williams” maşınları arasında təmas yaşansa da, hər iki sürücü finişə çata bilib.

Beləliklə, Oskar Piastri mövsümdə ardıcıl üçüncü, ümumilikdə isə dördüncü qələbəsini qazanıb. Norris ikinci yeri tutaraq “McLaren”ə mövsümdə ikinci dublu yaşadıb. Rasl isə dördüncü podiumunu əldə edib. Pouldan başlasa da, Ferstappen yalnız dördüncü yeri tutub. Onun ardınca Aleks Elbon (Williams) beşinci, Antonelli isə altıncı olub. “Ferrari”dən Sayns 9-cu, “Red Bull”dan Yuki Tsunoda isə 10-cu olaraq son xalı qazanıb.

Bu nəticələrlə Oskar Piastri 131 xalla liderliyini möhkəmləndirib. Norris 115, Ferstappen isə 99 xalla onların ardınca gəlir. Komandalar arasında “McLaren” 246 xalla liderdir və “Mercedes” üzərində 105 xal üstünlüyə malikdir.

İki həftə sonra mövsüm İtaliyanın əfsanəvi İmola trasında davam edəcək.
 

Danimarka Avropa çempionu olub Paris-2024 mükafatçıları medalları qaytarır - SƏBƏB Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi keçirililib İlin idman tədbiri - "Formula-1" üzrə Azərbaycan Qran-prisi Peresin yerinə Louson
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://apasport.az
archiveBu xəbər 05 May 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri