Icma.az
close
up
RU
Piastri qalib gəldi, Ferstappen yenə cəzalandı

Piastri qalib gəldi, Ferstappen yenə cəzalandı

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Formula-1” üzrə dünya çempionatında 9-cu mərhələ də arxada qaldı.

"Football-plus.az" xəbər verir ki, həftəsonu keçirilən İspaniya “Qran-pri”si Oskar Piastrinin qələbəsi ilə başa çatdı.
“Maklaren”in pilotu komanda yoldaşı Lando Norrisi 2,471 saniyə qabaqladı. 3-cü yeri isə finişə bir neçə dövrə qalmış Maks Ferstappeni qabaqlayan “Ferrari”nin pilotu Şarl Lekler tutdu. Dördqat dünya çempionu olan niderlandlı Corc Rassell ilə toqquşmaya görə 10 saniyəlik cəriməyə məruz qaldı və 10-cu pilləyə yuvarlandı.
Ferstappen komandadan Rassellin mövqeyini ələ keçirmək əmrini aldı. Niderlandlı əvvəlcə sürəti aşağı saldı, ancaq Rassell önə keçən kimi yenidən sürəti qaldırdı və belədə bolidlərin toqquşması qaçılmaz oldu. Ferstappen son bir il ərzində 11 cərimə balı toplayıb. Daha bir cərimə balı da olsa, avtomatik növbəti mərhələni buraxmalı olacaq.
Mövsümdə 5-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Piastri 186 xalla liderdi. 24 yaşlı pilotu Lando Norris (176) və Maks Ferstappen (137) izləyir. Piastri qələbədən sonra jurnalistlərə bu açıqlamanı verdi:

“Tempimiz çox yaxşı idi. Lazım olanda belə yüksək temp göstərməyə qadirik. Komandamla fəxr edirəm. Heç nədən gileylənə bilmərəm – bu il mənim üçün yaxşı alınır. Komanda mənə möhtəşəm maşın təqdim edib. Bu maşını sürməkdən böyük məmnunluq duyuram. Azarkeşlər sağ olsun. Əla həftəsonu keçirdik”.

Mühəndislər kubokunun turnir cədvəlində “Maklaren” 362 xalla zirvədə qərarlaşıb. “Ferrari” liderdən 197 xal geri qalır. Dünya çempionatında növbəti mərhələ iyunun 15-də Kanadada keçiriləcək.
Təsnifat mərhələsi
1. Oskar Piastri (Avstraliya) 1.11,546
2. Lando Norris (B.Britaniya) 1.11,755
3. Maks Ferstappen (Niderland) 1.11,848
4. Corc Rassell (B.Britaniya) 1.11,848
5. Lüis Hemilton (B.Britaniya) 1.12,045
6. Kimi Antonelli (İtaliya) 1.12,111
7. Şarl Lekler (Monako) 1.12,131
8. Pyer Qasli (Fransa) 1.12,199
9. Ayzek Hacar (Fransa) 1.12,252
10. Fernando Alonso (İspaniya) 1.12,284
11. Aleksandr Albon (Tayland) 1.12,641
12. Qabriel Bortoleto (Braziliya) 1.12,756
13. Liam Louson (Yeni Zelandiya) 1.12,763
14. Lens Stroll (Kanada) 1.13,058
15. Oliver Berman (B.Britaniya) 1.13,315
16. Niko Hülkenberq (Almaniya) 1.13,190
17. Esteban Okon (Fransa) 1.13,201
18. Karlos Sayns (İspaniya) 1.13,203
19. Franko Kolapinto (Argentina) 1.13,334
20. Yuki Sunoda (Yaponiya) 1.13,385
Həlledici mərhələ
307,362 km (4657 metrlik 66 dövrə)
1. Oskar Piastri (Maklaren) 1:32.57,375
2. Lando Norris (Maklaren) +2,471
3. Şarl Lekler (Ferrari) +10,455
4. Corc Rassell (Mersedes) +11,359
5. Niko Hülkenberq (Zauber) +13,648
6. Lüis Hemilton (Ferrari) +15,508
7. Ayzek Hacar (RB) +16,022
8. Pyer Qasli (Alpin) +17,882
9. Fernando Alonso (Aston Martin) +21,564
10. Maks Ferstappen (Red Bull) +21,826
11. Liam Louson (RB) +25,532
12. Qabriel Bortoleto (Zauber) +25,996
13. Yuki Sunoda (Red Bull) +28,822
14. Karlos Sayns (Uilyams) +29,309
15. Franko Kopapinto (Alpin) +31,381
16. Esteban Okon (Haas) +32,197
17. Oliver Berman (Haas) +37,065
Lens Stroll (Aston Martin) əli ağrıdığına görə mübarizəyə qoşulmayıb, Aleksandr Albon (Uilyams) və Kimi Antonelli (Mersedes) finişə çatmayıb.
Şəxsi birincilik
1. Oskar Piastri 186 xal
2. Lando Norris 176
3. Maks Ferstappen 137
4. Corc Rassell 111
5. Şarl Lekler 94
6. Lüis Hemilton 71
7. Kimi Antonelli 48
8. Aleksandr Albon 42
9. Ayzek Hacar 21
10. Esteban Okon 20
11. Niko Hülkenberq 16
12. Lens Stroll 14
13. Karlos Sayns 12
14. Pyer Qasli 11
15. Yuki Sunoda 10
16. Oliver Berman 6
17. Liam Louson 4
18. Fernando Alonso 2
Mühəndislər kuboku
1. Maklaren 362
2. Ferrari 165
3. Mersedes 159
4. Red Bull 144
5. Uilyams 54
6. RB 28
7. Haas 26
8. Zauber 16
9. Aston Martin 16
10. Alpin 11
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 İyun 2025 06:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see241

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri