Festival çərçivəsində xüsusi stolüstü tennis turniri keçirilib FOTOLAR
Icma.az, Sia Az saytına istinadən bildirir.
Azərbaycan Stolüstü Tennis Federasiyasının və BrendSport.az saytının təşkilatçılığı, “Azertrans” MMC-nin dəstəyi ilə Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “İlhamlı Qələbələr adlı Böyük Qayıdış" festivalı çərçivəsində xüsusi stolüstü tennis turniri keçirilmişdir. SİA xəbər verir ki, turnir “Cəngi Spa, Fitness, İdman Klubu və Sağlamlıq Mərkəzi” və “Renessans Baku” MMC-nin Gold sponsorluğu, həmçinin Araz Marketlər Şəbəkəsi, Gənclik Mall "ONTOP Bowling" Mərkəzi, Türkiyədən gətirilən yüksək keyfiyyətli xalça brendi "Natural Halı", sərinliyin dadı "Full Tea", “Azerçay”, "Hoqqo" sərinləndirici içkiləri, "AquaVita", "Sahdağ" suları, "Gülüstan limonadları", "Offissa Dizayn" ofis mebelləri və Azadlıq prospekti 92-də yerləşən "Skalzioni" İtaliya brendinin sponsorluğu ilə baş tutmuşdur.
Turnir, eyni zamanda, Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş ilin son tədbirlərindən biri olmaqla yanaşı, Azərbaycanın ictimai-siyasi xadimi, millət vəkili və jurnalist mərhum Qənirə Paşayevanın 50 illik yubiley xatirəsinə ithaf olunmuşdur.
Açılışda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Aparıcı və jurnalist Günay xanım Fərzəliyev qonaqları salamlayaraq Ulu Öndər Heydər Əliyevin, Qənirə Paşayevanın və bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etmişdir.
Ardınca layihə rəhbəri Bəhruz Səmədov səhnəyə dəvət edilərək festivalın məqsədindən danismiş, Tovuz hadisələrindən başlayaraq 44 günlük Vətən müharibəsi və Antiterror əməliyyatı dövründə BrendSport.az saytının "İlhamlı Qələbələr" adlı orduya dəstək kampaniyaları barədə məlumat vermişdir.
O, “İlhamlı Qələbə adlı Böyük Qayıdış” festivalının həyata keçirilməsinə göstərdikləri dəstəyə görə Ali Baş Komandan İlham Əliyev və Mehriban Əliyevaya xüsusi təşəkkürünü çatdırmış, qazi və şəhid ailələrinə göstərilən diqqət və qayğını vurğulamışdır.
Bəhruz Səmədov çıxışında Gənclər və İdman Nazirliyinin dəstəyinə görə nazir Fərid Qayıbova, eləcə də Nazirliyin əməkdaşlarına minnətdarlığını bildirmişdir. Daha sonra tədbirin ev sahibi Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova söz verilmişdi və federasiyanın bu kimi layihələrə hər zaman dəstək göstərdiyini qeyd etmişdir. Son zamanlar Stolüstü tennis inkişafından danışmışdır.
Ardınca aparıcı, jurnalist Günay xanım Fərzəliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aqşin Fərəcova, və Sarvan Nağıyeva müəllimi səhnəyə dəvət etmişdir. Onlar çıxış edərək iştirakçılara uğurlar arzulamış və Azərbaycan idmanının inkişafından bəhs etmişlər.
Sonrakı çıxışlar qazilər — Ziyafət Burziyev, mayor Anar Quliyev, Abbas Musayev, Elşən Cəbrayılov və Xankişiyə verilmişdir. Tədbirdə çıxış edən Əməkdar artist Səlim Abbasov və Bakı TV-nin rejissoru İman Məcidov bu cür layihələrin əhəmiyyətini qeyd edərək onların gələcəkdə daha da genişlənməsinin vacibliyini vurğulamışlar. GOLD sponsorunun rəhbəri Sadiq Hüseyn isə çıxış edərək iştirakçılara uğurlar arzulamışdır.
Layihə rəhbəri Bəhruz Səmədov turniri rəsmi olaraq açıq elan edərək püşkatma mərasimini təqdim etmişdir.
Gərgin və maraqlı mübarizənin sonunda qaliblər müəyyən olunmuşdur.
Qruplar üzrə qaliblər
I qrup – Qazi bəylər
1. Ziyafət Burziyev – I Qarabağ müharibəsi qazisi, güləş üzrə idman ustası
2. Anar Quliyev – Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və Antiterror əməliyyatı iştirakçısı
3. Abbas Musayev – 44 günlük Vətən müharibəsi iştirakçısı və Elşən Cəbrayılov – 44 günlük Vətən müharibəsi iştirakçısı, Qazilər.az saytının əməkdaşı
II qrup – Jurnalistlər və digər peşə sahibləri
1.Səlim Abbasov – Əməkdar artist
2. Sabir Quliyev – Fotoqraf
3. İman Məcidov – Bakı TV və Pərviz Əhmədov – CBC Sport
III qrup – Jurnalist xanımlar və müxtəlif sahələrdən iştirakçılar
1. Məhluqə Nəsirova – BrendSport.az informasiya portalının redaktoru
2. Kəmalə Yusifova – “Sehirli Dünya” uşaq jurnalı
3. Gülzar İbrahimova – “Sehirli Dünya” uşaq jurnalı və Sayala Bayramova – Taekvondo üzrə qara kəmər III dan, beynəlxalq yarışların mükafatçısı, BrendSport.az informasiya portalının əməkdaşı
Qaliblərə BrendSport.az informasiya portalı və Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən diplomlar, pul mükafatları təqdim olunmuş, bütün iştirakçılar isə təşəkkürnamələrlə təltif edilmişdir. Həmçinin sponsorlardan xüsusi hədiyyələr də təqdim olunmuşdur.
Xatırladaq ki, yarışda qazilər, KİV nümayəndələri (jurnalistlər, fotoqraflar, televiziya əməkdaşları və s.), incəsənət nümayəndələri (aktyorlar, aktrisalar, müğənnilər, modellər və b.), eləcə də Avropa, dünya və olimpiya çempionları da daxil olmaqla müxtəlif sahələrdən tanınmış ictimai şəxslər iştirak etmişlər.
PS
Festival çərçivəsində yuxarıda adları sadalanan eyni peşə sahiblərinin iştirakı ilə BrendSport.az informasiya portalı, AFFA, Mini Futbol Federasiyası və KOBİA-nın təşkilatçılığı ilə 20–23 dekabr 2025-ci il tarixlərində mini futbol çempionatı keçiriləcək.
“İlhamlı Qələbə adlı Böyük Qayıdış” festivalının son günündə isə 26–27 dekabr 2025-ci il tarixlərində Xəzər rayon məktəbliləri arasında stolüstü tennis turniri, həmçinin BrendSport.az informasiya portalı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi, Stolüstü Tennis Federasiyası, MÜTDA və digər dövlət qurumlarının təşkilatçılığı ilə festivalın bağlanış mərasimi və yekun tədbiri keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 13 Dekabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















