Göygöldə Festival keçirilir FOTOLAR
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Göygöl rayonu Yeni Zod kəndinin ərazisində yerləşən “Xan Yurdu” entoqəsəbəsində “V Milli Yaylaq Festivalı”na start verilib.
Festival Göygöl Rayon İcra Hakimiyyətinin, eləcə də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin, Dünya Etnoidman Konfederasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə “Cavad Xan” Tarix və Mədəniyyət Fondu və “KAP.AZ” MMC-nin birgə təşəbbüsü ilə keçirilir.
“Xan Yurdu” entoqəsəbədə “Xan Çadırı”nda Xalçaçılıq sənətinin sərgisi, “Sənətkarlıq guşəsi”, Milli idman növləri (oxatma, atçılıq, zorxana və s.), Etnospor-Oxatma məşqləri, Uşaqlar üçün guşə, Konsert proqramı, Aşıq musiqisi, folklor, tamaşalar, Yorğa atların sərgisi, Kəndirbazların və Alov püskürənlərin nümayişi, “Yaylaq süfrəsi” və digər tematik sahələr təşkil olunub.
Üç gün davam edəcək Festivalda Türk və bir sıra xarici dövlətlərin iştirakı nəzərdə tutulur.
Hər kəsi Festivalda iştirak etməyə dəvət edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 İyul 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















