Icma.az
close
up
RU
“Fətəli Xan Xoyski mart soyqırımı zamanı Bakı Dumasının sədri idi, amma...”

“Fətəli Xan Xoyski mart soyqırımı zamanı Bakı Dumasının sədri idi, amma...”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Fətəlinin intellektual səviyyəsi, təhsili və adamları dinləmək mədəniyyəti, onları dinlədikdən sonra onlara ən doğru yolu göstərə bilmək, ən müxtəlif dünyagörüşünə malik insanları bir arada birləşdrimək qabiliyyəti və s. ona hörmət qazandırırdı...”

“Fətəli Xan Xoyski bolşevik Rusiyasının dəstəyi ilə erməni daşnak və bolşeviklərin törətdiyi 1918-ci ildəki mart soyqırımı zamanı Bakı Dumasının sədri kimi çalışırdı. Ancaq  bilavasitə Bakıdakı soyqırımı  günlərində o, Tiflisdə eyni zamanda üzvü olduğu Zaqafqaziya Seymində fəaliyyət göstərirdi. Bununla belə, Xoyski Bakıdakı əlaqələri vasitəsilə Şaumyanın başçılıq etdiyi bu müsəlman qırğınının qarşısının alınması üçün əlindən gələni etmiş  adamlardan biri idi. Onu da deyim ki,  onun üzvü olduğu Zaqafqaziya Seymi 1918-ci ilin fevral ayında fəaliyyətə başlamışdı. Və həmin Seym əslində Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə səs toplamış partiyaların,  ilk növbədə Müsavat, Müsəlman Sosialist Bloku, “Hümmət” və “İttihad” partiyasının nümayəndələrindən təşkil olunmuşdu. Cəmi 14 nəfər üzvü vardı. Sonra bu Seym tarixi şəraitdən irəli gələrək 44 nəfərlik bir qrupa çevrilmişdi. Həmin Zaqafqaziya Seyminin açılışında və onun fəaliyyətində, xüsusilə müsəlman fraksiyasının işlərində yaxından və fəal iştirak edən şəxslərdən biri də  Xoyski olmuşdu”. 

Bunu Moderator.az-a açıqlamasında bu günlərdə ölkə başçısı İlham Əliyev tərəfindən 150 illiyinin keçirilməsi haqqında Sərəncam imzalanmış müstəqil və demokratik Azərbaycan dövlətinin yaradıcılarından biri və onun ilk Baş naziri olmuş Fətəli xan Xoyskinin həyat və siyasi fəaliyyətinin əsas məqamlarından danışarkən tanınmış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz söyləyib.

“1918-ci ilin aprelin 20-də Zaqafqaziya Seymi çox doğru bir addım ataraq Zaqafqaziya Federativ Demokratik Respublikası adlı hökumət yaratdı.  Fətəli Xan Xoyski qısa bir müddətdə, təxminən 1 ay 4 gün ərzində fəaliyyət göstərmiş həmin hökumətdə təhsil naziri vəzifəsində çalışmışdı. Biz onun həmin qurumda da milli mövqedən çalışdığını görə bilərik. Məsələn, həmin dövrdə gürcülərin təklifi ilə Tiflisdə ali məktəb açılması müzakirə olunduqda  Xoyski çıxış edərək, bu məktəbin Bakıda açılmasını təklif etmişdi. O, təklifini belə əsaslandırmışdı ki, həm iqtisadi baxımdan, həm də universitetin binasının tikintisi və digər məsrəflər üçün kapital toplanması baxımından Bakı daha əlverişli bir yer olardı.  Fətəli Xan buna çox cəhd göstərsə də,  Seymdəki erməni və gürcü nümayəndələrinin səs çoxluğuna malik olması səbəbindən ali məktəbin Bakıda açılmasına nail ola bilməmişdi”, -deyə davamında tarixçi alim bildirib.

Boran Əziz Fətəli Xan Xoyskinin müxtəlif qurumlarda uğurlu fəaliyyətinin bəzi səbəblərini də açıqlayıb:

“Bununla belə, Zaqafqaziya Seymi dövründə də, xüsusən müsəlman fraksiyasının iclaslarını təşkili və aparılmasında da  Xoyskinin böyük rola malik olduğunu görürük. 1918-ci ilin mayında Seymin Osmanlı dövlətinin rəhbərləri ilə əvvəlcə Trabzonda, sonra Batumda danışıqları aparılmışdı. Bu danışıqlarda Seym rəhbərliyinin xeyli hissəsi- Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hacınski, Nəsibəy Yusifbəyli də iştirak etdiyindən Tiflisdə Seymin iclaslarının, demək olar ki, hamısını Xoyski aparırdı. Bu da təsadüfi deyildi. Çünki Fətəlinin intellektual səviyyəsi, təhsili və adamları dinləmək mədəniyyəti, onları dinlədikdən sonra onlara ən doğru yolu göstərə bilmək, ən müxtəlif dünyagörüşünə malik insanları bir arada birləşdrimək qabiliyyəti və s. ona hörmət qazandırırdı...”

Sultan Laçın 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Oktyabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri