Icma.az
close
up
RU
Fevralın 4 ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Fevralın 4 ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

Hər il fevralın 4-də Ümumdünya Xərçənglə Mübarizə Günü qeyd olunur. Bu günlə əlaqədar tədbirlər ən böyük və ən qədim onkoloji təşkilat olan Beynəlxalq Xərçəngə Nəzarət İttifaqının təşəbbüsü ilə keçirilir və bu, xəstəliyə qarşı mübarizə tədbirlərinin görülməsi məqsədilə maarifləndirməni artırmaq məqsədi daşıyır.

AZƏRTAC xatırladır ki, 2000-ci il fevralın 4-də Parisdə Ümumdünya Xərçənglə Mübarizə Sammitində onkoloji xəstəliklərlə mübarizə üzrə Paris xartiyası qəbul olunub və onkologiya sahəsində elmi araşdırmalara dəstək olmağı, xərçəngə qarşı profilaktik tədbirlərin aparılmasını, pasiyentlərə xidmət keyfiyyətinin artırılmasını nəzərdə tutur.

Ümumdünya Xərçənglə Mübarizə Gününün hədəfi ictimaiyyətin diqqətini onkoloji xəstəliklərin profilaktikası probleminə yönəltmək, bədxassəli törəmələrin nə qədər təhlükəli və geniş yayıldığını xatırlatmaqdır. Xərçəng bizim ölkə də daxil olmaqla, bütün dünyada ən əsas ölüm səbəblərindən biridir. Buna görə əhalinin onkoloji xəstəliklərlə bağlı maarifləndirilməsi və tərbiyəvi işlərin aparılmasında effektiv sistemin yaradılması əsas hədəflərdir. Bu hədəflərə çatmaqla əhalinin onkoloji xəstəliklərə münasibətini dəyişmək olar. İnsanlara bədxassəli törəmələrə qarşı əsas profilaktik tədbirləri öyrətmək, onları özünümüayinə metodlarından istifadə etməklə xəstəliyin ilkin simptomları ilə tanış etmək lazımdır.

Xərçəng insanın istənilən orqan və sisteminə təsir edə bilən böyük xəstəliklər qrupu üçün ümumi termindir. Bu kateqoriyadan olan xəstəliklərdə, həmçinin “bədxassəli şişlər” və “yeni törəmələr” kimi terminlərdən də istifadə olunur. Xərçəngin xarakterik əlaməti öz sərhədlərini də aşaraq digər orqanlara yayılan anomal hüceyrələrin sürətli yaranmasıdır. Bu proses metastaz adlanır. Xərçəngdən baş verən ölüm hallarının əsas səbəblərindən biri metastazdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) onkoloji xəstəliklərin problemləri ilə məşğul olan Beynəlxalq Xərçəngin Öyrənilməsi Agentliyinin (BXÖA) hesablamalarına görə, 2022-ci ildə dünyada 20 milyon xərçəng xəstəsi qeydə alınıb. 9.7 milyon insan bu xəstəlikdən dünyasını dəyişib. Diaqnoz qoyulan andan 5 il sonra sağ qalan insanların sayı 53.5 milyon olub. Təqribi olaraq hər beşinci adamda xərçəng xəstəliyi inkişaf edir, təxminən doqquz kişidən biri və on iki qadından biri xərçəngdən dünyasını dəyişir.

BXÖA-nın Onkoloji Xəstəliklər üzrə Qlobal Observatoriyanın 2022-ci ilə olan məlumatları göstərir ki, xərçəng xəstəlikləri arasında ən çox yayılmış ağciyər xərçəngidir. Xərçəngə yeni yoluxma hallarının (2.5 milyon) 12,4 faizi bu növün payına düşür. İkinci yerdə süd vəzi xərçəngidir (2.3 milyon yoluxma, 11,6 faiz). Ardınca kolorektal xərçəng (1.9 milyon yoluxma, 9,6 faiz), prostat vəzi xərçəngi (1.5 milyon, 7,3 faiz) və mədə xərçəngi (970 000 yoluxma, 4,9 faiz) gəlir.

2022-ci ildə onkoloji xəstəliklərdən baş verən ölüm hallarının əsas səbəbləri ağciyər xərçəngi, qaraciyər xərçəngi, süd vəzi və mədə xərçəngi olub. Ağciyər xərçənginə yoluxma hallarının artmasına səbəb böyük ehtimal Asiya ölkələrində tütün istehlakı üzrə göstəricilərin daim yüksək olmasıdır.

Alimlərin proqnozlarına görə, 2040-cı ildə bu xəstəliyə 28.4 milyon qlobal yoluxma halı baş verəcək ki, bu da 2020-ci illə müqayisədə 47 faiz çoxdur. Ən çox göstərici keçid iqtisadiyyatı ölkələrində qeydə alınacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri