Icma.az
close
up
RU
Fəxrəddin Altun: Dildə, Fikirdə, Əməldə Birlik Türk Dünyasının Bu Günkü Düsturudur

Fəxrəddin Altun: Dildə, Fikirdə, Əməldə Birlik Türk Dünyasının Bu Günkü Düsturudur

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Bakıda 3 May Türkçülük Günü münasibәtilә “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel keçirilib.

Tədbir Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarәsinin tәşkilatçılığı ilә Heydər Əliyev Mərkəzində baş tutub.

Paneldə Azərbaycan, Türkiyə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından dəvət olunan nümayəndələr iştirak ediblər.

Hurriyyet.Az bildirir ki, tədbirdə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun videomüraciəti təqdim edilib. 

"Mərhum İsmail Qaspıralının ortaya qoyduğu "Dildə, Fikirdə, Əməldə Birlik" şüarı, keçmişdən bu günə qədər Türk Dünyasının düsturu olmuşdur.

"Dildə birlik"; ünsiyyətimizi və anlayışımızı gücləndirmək, ortaq dilin daşıyıcısı olduğu dəyərləri nəslər boyu yaşatmaq deməkdir.

"Fikirdə birlik"; Türk Dünyasının ortaq vizyonunu, qlobal sınaqlar qarşısında, meydan oxumalar qarşısında ortaq strateji ağılla formalaşdırmaq mənasına gəlir.

"Əməldə birlik" isə; iqtisadi inkişafdın təhsil islahatlarına, rəqəmsal transformasiyadan gəncliyin bilik və bacarıqlarının inkişaf etdirilməsinə qədər hər sahədə həyata keçirilən layihələrlə birgə irəliləmək deməkdir.

Mərhum Qaspıralının, bu üç əsas üzərində qurduğu ideali, dünən olduğu kimi bu gün də bizlər üçün bir kompas rolunu oynayır. Türk Dünyası ölkələri olaraq; ortaq tarix və mədəniyyətimizdən aldığımız güclə, bu gün əməkdaşlığımızı daha da irəlilətmə məsuliyyətini daşıyırıq.

Bu məsuliyyətin bilinci ilə, panelimizin intellektual biliklərimizi zənginləşdirməsinin yanı sıra, konkret addımlarla irəliləməyimizi təmin edəcək bir ilham qaynağı olmasını ümid edirəm. Türk Dünyasının qədim mərkəzlərindən birində, Bakıda gerçəkləşdirdiyimiz bu görüşə töhfə verən qiymətli çıxışçılara və tədbirin təşkilinə əməyi keçən qiymətli iş yoldaşlarıma çox təşəkkür edirəm.

Bu toplantının Türk Millətinin və Türk Dünyasının gələcəyi adına, müstəqilliyi adına xeyirlərə səbəb olmasını arzulayıram.

Sizləri Allaha əmanət edirəm. Sağlıqla qalın".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 May 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri