Icma.az
close
up
RU
Fikirdə, əməldə birlik!

Fikirdə, əməldə birlik!

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Diaspor fəaliyyətimiz uğurla davam edir...

Hər bir ölkənin tarixinin, milli adət-ənənələrinin, mədəniyyətinin xaricdə tanıdılmasında diaspor fəaliyyətinin böyük rolu var. Hazırda lobbiçilik və diaspor dünyada beynəlxalq münasibətlərin vacib elementi sayılır. Hələ ötən əsrdən etibarən, ciddi təşkilatlanma mərhələsindən keçən Azərbaycan diasporu ölkəmizi xaricdə layiqincə təmsil edir. Bu çərçivədə xaricdəki soydaşlarımızın Azərbaycanın milli dövlət maraqlarının müdafiəsində bir çox lobbi qrupları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini xüsusi vurğulaya bilərik. Lakin qlobal miqyasda ciddi proseslərin cərəyan etdiyini nəzərə alsaq, Azərbaycan diasporunun da öz işini günün tələblərinə uyğun qurmağının vacibliyi ön plana çıxır.

İqtisadi inkişaf, güclü dövlət quruculuğu, maddi imkanlar, hərbi və milli birlik ölkəmizə tarixi qələbə qazandırdı. Bütün bu amillər ermənilərə layiqli cavab verməyimiz üçün əsaslı rol oynadı, amma həmin qələbəmizin əldə edilməsində həmrəyliyimizin, birliyimizin, diasporlarımızın fəaliyyətinin də rolu danılmazdır.

Məhz diasporlarımızın fəaliyyəti sayəsində...

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən “Diaspor Press” informasiya mərkəzinin rəhbəri Toğrul Allahverdi bildirib ki, 44 günlük müharibə dövründə bütün dünya ictimaiyyəti xalqımızın həmrəyliyinin, birliyinin şahidi oldu: “Bütün dünya gördü ki, Azərbaycan xalqı öz milli dəyərlərinin, özünəməxsus olanın müdafiəsi uğrunda necə birləşdi və ən qısa zamanda qələbə qazandı. Milli birliyimiz, həmrəyliyimiz bizə Zəfər qazandırdı. Həmin dövrdə hətta ölkə hüdudlarından kənarda, xarici ölkələrdə yaşayan həmvətənlərimiz də həmrəylik, birlik nümayiş etdirdi. Diasporlarımız xarici ölkədə yaşayan ermənilərin ölkəmizin haqq işinə qarşı bir sıra həmlələrinin, bəd niyyətlərinin və əməllərinin qarşısını aldı. Dəfələrlə bir neçə xarici ölkə səfirlikləri qarşısında ölkəmizin haqq işinə kölgə salmaq, müxtəlif don geyindirmək istəyən ermənilər diasporlarımızın ciddi müqaviməti ilə qarşılaşmalı oldular və öz çirkin niyyətlərini həyata keçirə bilmədilər. Məhz diasporlarımızın fəaliyyəti sayəsində ölkəmiz əleyhinə yalan, təhrif olunmuş məlumatları yayan ermənilərin təbliğat maşınının fəaliyyəti məhdudlaşdırıldı, hətta ifşa edildi və onlar istədiklərinə nail ola bilmədilər. Azərbaycan həqiqətlərinin, bizim doğru işimizin bütün dünyaya çatdırılmasında, ərazilərimizin erməni separatçıları tərəfindən işğal edilməsi barədə məlumatlandırılmasında diasporlarımızın və lobbilərimizin xüsusi rolu oldu. Ölkəmizin haqlı mövqeyi, milli maraqları dünya miqyasında müdafiə edildi. Bir sözlə, diasporlarımız da qələbəmizə öz töhfəsini vermiş oldu. Bütün bunlar onu göstərir ki, diaspor və lobbiçilik nə qədər vacib məqamdır. Xatırladaq ki, Ulu öndər  Heydər Əliyev hakimiyyətə yenicə qayıtdığı dövrdə məhz xarici ölkələrə səfərləri zamanı həmvətənlərimizlə görüşlər təşkil edərək, onların birləşməsini, birliyini tövsiyyə edirdi. Dahi rəhbərin tövsiyələrindən doğru, düzgün nəticələr hasil edən həmvətənlərimizin birliyi ilə diasporlarımız formalaşdı. Bu isə o deməkdir ki, diaspor quruculuğumuz da məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də diaspor quruculuğuna, lobbiçiliyin inkişafına xüsusi diqqətlə yanaşır. Diqqətə çatdıraq ki, Ermənistanın hər hansı maddi problemləri ortaya çıxdığı zaman erməni diasporu həmin ölkəyə maddi yardımlar etdiyi halda, Azərbaycan dövləti xarici ölkələrdə mövcud olan diasporlarımızı özü maliyyələşdirir. Hansı ki bu məqam özü də ölkə rəhbərimizin diasporlarımıza diqqətinin, qayğısının bariz nümunəsidir”.

Birliyimiz və həmrəyliyimiz əvəzsizdir

T.Allahverdili bildirib ki, İkinci Qarabağ müharibəsində Zəfər qazandıq, amma ermənilər hələ də öz çirkin niyyətlərindən əl çəkən kimi görünmürlər: “Savaş meydanında müharibə başa çatsa da, informasiya müharibəsi hələ davam edir. Bu baxımdan da həmrəyliyimiz, birliyimiz, diasporlarımızın fəaliyyətinin genişləndirilməsi öz aktuallığını qorumaqdadır, çünki düşmənə təkcə hərb meydanında deyil, istənilən müstəvidə qalib qəlmək üçün buna indi daha çox ehtiyac duyulur. Təsadüfi deyil ki, ölkə rəhbərimiz birliyimizə, həmrəyliyimizə xüsusi önəm verir, diasporlarımızın fəaliyyətini də yüksək qiymətləndirir. Qloballaşan dünyada birliyimiz, həmrəyliyimiz əvəzsizdir və xalqlar arasında sürətli inteqrasiya prosesi getdiyi bir zamanda diaspor təşkilatlarının beynəlxalq siyasətdə rolunun da artması həqiqətə çevrilib. Bu gün dünyanın reallıqları diaspor quruculuğu istiqamətində qarşıya yeni vəzifələr qoymaqdadır. Diaspor təşkilatlarının fəaliyyəti tarixi zərurətə çevrilib”.

Səlim

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Mart 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri