Fəxriyə və Burak yenə müzakirə mövzusu oldu: “Yolun açıq olsun…”
Icma.az bildirir, News24 saytına əsaslanaraq.
Aktrisa Fəxriyə Evcən və aktyor Burak Özçivitin oğlu Karan 1-ci sinfə dərsə gedib.
News24.az xəbər verir ki, Özçivit ailəsi bu günü məktəbin qarşısında çəkdirdikləri foto ilə əbədiləşdiriblər.
Xatırladaq ki, Burak Özçivit və Fəxriyə Evcən 2016-cı ildə ailə həyatı qurub. Onların böyük oğlu Karan 2019-cu ildə, kiçik oğlu Kərəm isə 18 yanvar 2023-cü ildə dünyaya gəlib. Evlilikləri boyu daim gündəmdə olan cütlük Evcənin ötən həftəki sosial media paylaşımı ilə yenidən müzakirələrə səbəb olub.
O, “Instagram” profilindən soyadını sildikdən sonra boşanma xəbərləri sürətlə yayılıb. Lakin qısa müddət sonra aktrisa “Özçivit” soyadını yenidən əlavə edib.
Ayrılıq şayiələrindən sonra cütlük avtomobilin içində yenidən foto paylaşıblar. Bu dəfə Karanın məktəbə getməsi xəbəri Özcivitləri diqqət mərkəzinə gətirib. Onların məktəbə qeydiyyat sonrakı ailəvi fotoları sosial şəbəkələrdə böyük maraq doğurub. Evcən paylaşımına belə bir şərh yazıb: “Yolun hər zaman açıq olsun, oğlum. Səni çox sevirik.”
Xeyrənsə Piriyeva
Baxış sayı:60
Bu xəbər 28 Avqust 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















