Icma.az
close
up
RU
Yolun açıq, gələcəyin işıqlı olsun, Mədinə...

Yolun açıq, gələcəyin işıqlı olsun, Mədinə...

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

GÜNAY NOVRUZ,
AYB-nin üzvü,
Prezident təqaüdçüsü

Bu gün bir balaca qızın həyatında böyük bir səhifə açılır...
Mədinə Abbasova bu gün ilk dəfə məktəbə gedib. Birinci sinfə qədəm qoyub, elmə, biliyə, gələcəyə doğru ilk addımını atıb.
Mədinə Müşfiq Cabir oğlunun qızı Safuranın övladıdır. Müşfiq bu günləri görmədi... Amma onun ruhu şaddır. Çünki özündən sonra qoyduğu ən gözəl əmanətlərdən biri bu gün böyüyür, oxuyur, həyata yeni bir addım atır.

Mədinənin ulu nənəsi Safura xanım xalq şairi Cabir Novruzun həyat yoldaşı olub. Bu gün Safuranın adını daşıyan nəvə Safuranın övladı məktəbə gedir. Bir ad, bir xatirə, bir sevgi nəsildən-nəslə belə keçir...
Bu gün Cabir Novruzun ruhu şaddır. Əliabbas Qədirovun ruhu şaddır. Müşfiq Cabir oğlunun ruhu şaddır. Onların adı, xatirəsi bu ailənin içində, bu balaca qızın həyatında öz yolunu davam etdirir.
Bu gün yaşayanların da könlü xoşdur.
Bal balamız balaca Mədinə, sən bu gün həyatının ən gözəl yollarından birinə çıxırsan. Qarşında uzun bir ömür, öyrənəcəyin çoxlu bilik, yazacağın çoxlu səhifələr var.
Qoy qələmin həmişə uğur yazsın, yolun işıqlı olsun, ürəyin gözəl arzularla dolsun.
Birinci sinfin mübarək, Mədinə!
Sən böyüdükcə adlar da, xatirələr də səninlə böyüsün. Bu böyük nəslin sevgisini ürəyində daşıyaraq öz gözəl yolunu özün yaz.
Allah səni qorusun, balaca Mədinə. Yolun açıq, gələcəyin işıqlı olsun.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Sentyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri