Icma.az
close
up
RU
FHN “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə təlim keçirib

FHN “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə təlim keçirib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Biləcəri stansiyasında birgə taktiki-xüsusi təlim keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda keçirilmiş təlim baş verə bilən fövqəladə hallar zamanı struktur bölmələrin qarşısında qoyulan tapşırıqların operativ yerinə yetirilməsi və bu sahədə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.

Təlim iki mərhələdən – şəxsi heyətin yüksək hazırlıq dərəcəsinə gətirilməsi, hadisə rayonuna yürüşü, toplanma rayonunda yerləşdirilməsi və baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasından ibarət olub. Təlim zamanı baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə hadisə yerinə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyəti ilə yanaşı, xüsusi təlim görmüş itlər, “Azərbaycan Dəmir Yolları” QSC-nin mülki müdafiə qüvvələri və müvafiq nəqliyyat vasitələri cəlb olunub.

Sonra hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, zərərçəkmişlərin xilas edilməsi, xüsusi təlim görmüş itlərin cəlb olunması, ilkin təxirəsalınmaz yardımın göstərilməsi üzrə tədbirlər həyata keçirilib. Təlim zamanı stansiyanın personalına texniki təhlükəsizlik qaydalarına riayət olunması, fövqəladə hallar zamanı həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see255

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see237

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see143

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see124

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see121

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see120

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see119

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see119

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see118

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see117

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see117

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see115

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see115

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see114

Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi

07 Avqust 2025 06:02see113

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see113

Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub

07 Avqust 2025 06:29see112

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see112

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see112

UEFA Konfrans Liqası: Azərbaycan təmsilçiləri III təsnifat mərhələsinin oyunlarına çıxırlar

07 Avqust 2025 08:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri