Icma.az
close
up
RU
FHN dən nazirə məxsus olduğu bildirilən şirkətə 3,1 milyonluq sifariş

FHN dən nazirə məxsus olduğu bildirilən şirkətə 3,1 milyonluq sifariş

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəbrayıl rayonunda Dövlət Yanğından Mühafizə Hissəsi üçün inzibati bina tikiləcək.

Qaynarinfo-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "Azəri Biznes” MMC seçilib. Binanın tikintisi 3 196 125,86 manata başa gələcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azəri Biznes” MMC 18 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 55, mənzil 16-da yerləşən şirkətin qanuni təmsilçisi Ağayev Laçın Şirvan oğludur.

"Azəri Biznes” MMC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia edilir. Şirkətin adına onun biznesi haqqında mediada dərc edilən yazılarda da rast gəlinir.

Bundan əlavə, "Azəri Biznes” MMC-nin qanuni təmsilçisi Laçın Ağayevin Kəmaləddin Heydərova məxsus olduğu bildirilən bir neçə şirkətdə ya rəhbər olduğu, ya da hazırda rəhbər vəzifədə çalışdığı qeyd olunur. Həmin şirkətlər bunlardır: "Gilan Satış” MMC, "Azəri Trans” MMC, "Azəri Trans Construction” MMC, "Azəri Trans TGG” MMC, "Azəri Standart” MMC, "Azəri Karqo” MMC, "Elot” MMC, "Palace İnşaat” MMC, "D.S. Dynamic Soft” MMC, "Qrifon” MMC və "Super Trans” MMC.

"Azəri Biznes” MMC-nin əsasən FHN-ə tabeli qurumların keçirdiyi satınalma müsabiqələrində qalib gəlməsi şirkətin Kəmaləddin Heydərova məxsus olduğuna dair iddiaları daha da gücləndirir.

Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Azəri Biznes” MMC cari ildə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti ilə 2 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin ümumi maliyyə dəyəri 2 864 892,68 manatdır.

Şirkət ilə sözügedən qurum arasında 2023-cü ildə 16 658 618,33 manatlıq, 2022-ci ildə isə 1 588 339,89 manatlıq satınalma müqaviləsi bağlanıb.

Beləliklə, aydın olur ki, "Azəri Biznes” MMC 3 il ərzində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətindən 21 111 850,90 manatlıq sifariş alıb.

Seyid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri