Icma.az
close
up
RU
FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "Azərinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji  İnstitutu "Qafqaznet" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət İnstitutun komputer və periferiya qurğularının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

İnstitutu şirkətdən 75 012,6 manat dəyərində masaüstü kompüter, monitor, klaviatura, siçan dəsti və çoxfunksiyalı printer almağı planlaşdırır. 

"Qafqaznet" şirkəti FHN və ona tabeli qurumların İKT məhsulları ilə bağlı keçirdiyi tenderlərin əvəzolunmaz qalibidir. Bu da səbəbsiz deyil. Çünki şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. Mediada nazirin biznesi barədə dərc edilən araşdırma materiallarında da "Qafqaznet"in adına rast gəlinir. Bu iddialar indiyə qədər təkzib olunmayıb. 

Şirkət 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. "Qafqaznet"in  hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. 

Şirkət bundan əvvəl Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da qeydiyyatda olub. Daha əvvəl isə hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da yerləşib. Bu ünvanda "Mirvari Park Residence" MMC, "Capital Tovvers Residence" MMC, "Babək residence" MMC, "Fobos Palaza" MMC və başqa bir neçə şirkət qeydiyyatdadır. 

"Qafqaznet" MMC-nin qanuni təmsilçisi Əhmədov Xəyal Əkbər oğludur. O, cari ilin aprel ayından şirkəti təmsil edir. Xəyal Əhmədovdan əvvəl şirkətin qanuni təmsilçisi Cəfərov Adil Ələddin oğlu olub. 

Adil Cəfərov eyni zamanda "Qtech" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də "Qafqaznet"in əvvəlki bundan əvvəlki hüquqi ünvanında, yəni,  Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da qeydiyyatdadır. 

"Qafqaznet" şirkəti təkcə 2024-cü ildə FHN-nə tabeli qurumlarla ilə 9 satınalma müqaviləsi imzalayıb. 

Seyid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri