FHN əməkdaşları bağlı qapı arxasında qalan vətəndaşları xilas ediblər
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 12 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Ş.M. Xiyabani küçəsində vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onyeddimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2013-cü il təvəllüdlü yeniyetməni yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.
Bundan əlavə, daxil olmuş məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən alpinist ləvazimatlarının köməyi ilə Nəsimi rayonu, Nizami küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə köməksiz vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü vətəndaşa müvafiq köməklik göstərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 12 Oktyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















