Zaqatalada körpüdən çaya yıxılan sakini FHN əməkdaşları xilas ediblər
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Zaqatala, 8 sentyabr, AZƏRTAC
Zaqatala şəhəri ərazisindən keçən Tala çayı üzərindəki körpüdən yıxılan sakin xilas edilərək xəstəxanaya yerləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri Fövqəladə Hallar Nazirliyi Zaqatala Dövlət Yanğından Mühafizə Xidmətinə istinadən bildirir ki, şəhər ərazisində bir nəfərin körpüdən çay kənarına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə Xidmətin əməkdaşları cəlb olunub və çay mənbəyinə düşən 40 yaşlı Elçin İsayev xilas edilib. Təcili tibbi yardım bölməsinin həkimləri vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra o, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər Elçin İsayevin vəziyyətinin kafi olduğunu, müalicəsinin davam etdirildiyini bildiriblər.
Hadisənin təfərrüatları araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 08 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















