FHN Heydərovun kiçik oğlunun da obyektinin istismarına icazə verdi
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyi (FHN) Heydərov Nicat Kəmaləddin oğlunun sifarişi əsasında Qəbələ şəhəri, Heydər Əliyev prospektində inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 21,35 kvadratmetr olan bina 1 mərtəbədən ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış binasına 13 iyun 2025-ci il tarixli 07415 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, obyektin sifarişçisi olan Nicat Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kiçik oğludur.
Xatırladaq ki, ötən ay FHN Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərovun sifarişi əsasında Qəbələ rayonu, Qəbələ-İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin də istismarına icazə verib.
FHN ümumi sahəsi 1 094,25 kvadratmetr olan 3 mərtəbədən ibarət binaya 14 aprel 2025-ci il tarixli 06152 nömrəli istismara hazırlıq rəyi verib.
Tale Heydərov özünün sosial şəbəkə hesabında bildirib ki, o hazırda “Avropa Azərbaycan Məktəbinin”, “TEAS Nəşriyyat Evinin” və “Libraff” kitab mağazalarının sahibidir. Tale Heydərov eyni zamanda qeyd edir ki, o “Gilan Holdinq”in İdarə heyətinin sədridir. Nicat Heydərov isə özünün sosial şəbəkə hesabında “Gilan Holdinq”ə rəhbərlik etdiyini yazıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:FHN Kəmaləddin Heydərovun oğluna məxsus obyektin istismarına icazə verdi
01 May 2025 13:16
Kəmaləddin Heydərovun oğlunun sürücülük hüququ məhdudlaşdırılır? SƏBƏB
05 Noyabr 2024 12:53
FHN 40 min vergi borcu olan “Gilan”ın obyektinin istismarına icazə verib
30 Sentyabr 2025 15:49
Hidayət Heydərovun növbəti uğuru
20 İyun 2025 23:50
Kəmaləddin Heydərovun oğlundan PAYLAŞIM
06 Noyabr 2025 12:03
Baxış sayı:66
Bu xəbər 24 İyun 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















