FHN Kəmaləddin Heydərovun oğluna məxsus obyektin istismarına icazə verdi
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Fövqəlada Hallar Nazirliyi (FHN) Heydərov Tale Kəmaləddin oğlunun sifarişi əsasında Qəbələ rayonu, Qəbələ-İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 1 094,25 kvadratmetr olan bina 3 mərtəbədən ibarətdir.
Qeyd edək ki, FHN inzibati binaya 14 aprel 2025-ci il tarixli 06152 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, 3 mərtəbəli obyektin sifarişçisi olan Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğludur.
Tale Heydərov özünün sosial şəbəkə hesabında bildirib ki, o hazırda “Avropa Azərbaycan Məktəbinin”, “TEAS Nəşriyyat Evinin” və “Libraff” kitab mağazalarının sahibidir. Tale Heydərov eyni zamanda qeyd edir ki, o “Gilan Holdinq”in İdarə heyətinin sədridir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Kəmaləddin Heydərovun oğluna inzibati protokol yazılıb
05 Noyabr 2024 09:53
Kəmaləddin Heydərovun oğlundan PAYLAŞIM
06 Noyabr 2025 12:03
FHN Heydərovun kiçik oğlunun da obyektinin istismarına icazə verdi
24 İyun 2025 13:11
Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib
24 İyun 2025 15:12
Kəmaləddin Heydərovun qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
09 Oktyabr 2025 12:15
Baxış sayı:87
Bu xəbər 01 May 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















