Icma.az
close
up
RU
FHN in Mülki müdafiə qoşunlarında Zəfər günü ilə bağlı konfrans...

FHN in Mülki müdafiə qoşunlarında Zəfər günü ilə bağlı konfrans...

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında Zəfər Gününün beşilliyi münasibəti ilə konfrans keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə FHN-in Mülki müdafiə qoşunlarının (MMQ) şəxsi heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan Tarixi Şöbəsinin müdiri elmlər doktoru Cəbi Bəhramov, sabiq korpus komandiri, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Orxan Əliyev, Vətən müharibəsi qaziləri – xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan baş-leytenantı Vüsal Yolçuyev və ehtiyatda olan giziri Cümşüd Hüseynov iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları MMQ-nin inzibati binasının həyətində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Dahi Rəhbərin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı möhtəşəm qələbə sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı, həm də bu tarixi Zəfərin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıblar. Natiqlər 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən ətraflı bəhs edib, qarşıdan gələn Zəfər Günü münasibətilə şəxsi heyəti və tədbir iştirakçılarını təbrik ediblər.

Vətən müharibəsi qaziləri Vüsal Yolçuyev və Cümşüd Hüseynov 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi rəşadətdən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açıb, döyüş xatirələrini bölüşüblər. Çıxış edənlər Ümumilli Lider Heydər Əliyevin ordu quruculuğuna verdiyi əvəzsiz töhfələrdən danışıb, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qazi və şəhid ailələrinə göstərdiyi ali diqqət və qayğısından bəhs ediblər.

Sonda Vətən müharibəsi qaziləri şəxsi heyətlə xatirə şəkilləri çəkdiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Noyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see213

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see210

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see195

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see183

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see168

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see149

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri