Icma.az
close
up
RU
FHN Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirdi Video

FHN Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirdi Video

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Fövqəladə Hallar Nazirliyi tərəfindən Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı müxtəlif təşkilatlarda silsilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, tədbirlərdə icra hakimiyyətləri, idarə, müəssisə və təşkilatların mülki müdafiə işinə məsul rəhbər vəzifəli əməkdaşları, təhsil müəssisələrinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Ümumdünya Mülki Müdafiə Gününün tarixinə qısa ekskurs edərək bildiriblər ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının müvafiq qərarı ilə hər il martın 1-i bütün dünyada kütləvi humanitar tədbir kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra 1993-cü ildə Azərbaycan bu nüfuzlu qurumun üzvlüyünə qəbul olunub və sözügedən mötəbər beynəlxalq təşkilatın fəaliyyətinə öz töhfəsini verməkdədir.

Tədbirlərdə Ümummilli Lider tərəfindən ölkədə mülki müdafiə işininin etibarlı şəkildə təşkili olunması ilə bağlı görülən işlərin müstəsna əhəmiyyətindən bəhs edilib, bu sahənin daim diqqətdə saxlandığından söz açılıb. Vurğulanıb ki, dahi liderin mütərəqqi siyasətini uğurla davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əhalinin mühafizəsinin etirbarlı təşkili, fövqəladə hallarla bağlı vətəndaşların hazırlığının yüksək səviyyədə təmin edilməsi məsələləri mülki müdafiə qurumları qarşısında əsas vəzifə kimi qoyulub. Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi vəzifəsinə ilk dəfə olaraq Azərbaycandan olan nümayəndənin seçilməsi isə ölkəmizin həm bu sahəyə verdiyi əhəmiyyətindən, həm də durmadan artan qlobal nüfuzundan xəbər verir. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri çərçivəsində mülki müdafiə işinin təşkilinin yüksək səviyyədə təmin edilməsi məqsədilə üzərinə düşən vəzifələrin icrasını sistemli şəkildə həyata keçirir.

Tədbirlərdə həmçinin fövqəladə hallar zamanı davranış, ilkin tibbi yardımın göstərilməsi, mülki müdafiənin mühafizə vasitələrindən istifadə qaydaları izah edilib, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqqında ətraflı məlumatlar verilib, eyni zamanda qəza-xilasetmə və digər təxirəsalınmaz işlər zamanı tətbiq olunan texnika və avadanlıqların funksiyalarından danışılıb.

Bununla yanaşı Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Fevral 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri