FHN in yüksək nəticələr əldə etmiş idmançıları ilə görüş keçirilib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Fövqəladə Hallar Nazirliyinin idmançıları sentyabr ayında keçirilmiş idmanın müxtəlif növləri üzrə dünya çempionatlarında yüksək nəticələr əldə ediblər.
FHN-dən APA-ya verilən məlumata görə, sentyabrın 18-dən 27-dək İtaliyanın Jesolo şəhərində Dünya Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Gənclər və yeniyetmələr arasında kikboksinq üzrə dünya çempionatı keçirilib. “Low kick”, “kick light”, “K1” və “full contact” kateqoriyaları üzrə keçirilən yarışda dünyanın 79 ölkəsindən 5130-a yaxın idmançı iştirak edib.
Çempionatda Azərbaycan Kikboksinq Federasiyasının gənclərdən ibarət komandasının və FHN-in İdman-sağlamlıq klubunun kikboksinq üzrə yığma komandasının üzvü Əli Nəcəfov da iştirak edib. Klubun məşqçi-müəllimi Elşən İsayevin rəhbərliyi ilə mübarizə aparan idmançımız gənclər arasında +91kq çəki dərəcəsində “low kick” kateqoriyasında ikinci yeri tutub. Əli Nəcəfova çempionatın gümüş medalı və diplomu təqdim olunub.
Sentyabrın 24-dən 27-dək isə Yaponiyanın Tsuchiura şəhərində Beynəlxalq Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə Qol güləşi üzrə dünya çempionatı keçirilib. Dünyanın 30 ölkəsindən 1017 idmançının iştirak etdiyi yarışda Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının yığma komandasının üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Toğrul Şahlarlı da mübarizə aparıb. 78 kq çəki dərəcəsində sağ qol üzrə keçirilən yarışda altı görüşün hamısında qalib gələn Toğrul Şahlarlı dünya çempionu adını qazanıb. İdmançıya Beynəlxalq Qol Güləşi Federasiyasının təsis etdiyi qızıl medal və sertifikat təqdim edilib.
Oktyabrın 6-da FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb. Görüşdə qazanılmış nailiyyətlərin əhəmiyyətindən danışılıb, medalçılara qiymətli hədiyyələr təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 06 Oktyabr 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















