FHN in yüksək nəticə göstərmiş idmançıları ilə görüş keçirilib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun akt zalında karate üzrə beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüş keçirilib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 31-dən noyabrın 1-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində şotokan karate üslubu üzrə Avropa çempionatı təşkil olunub. 13 ölkədən 500-ə yaxın idmançının iştirak etdiyi yarışda Azərbaycan Karate Federasiyasının milli yığma komandasının və FHN-in “Budokan” karate klubunun təmsilçiləri müxtəlif yaş kateqoriyalarında mübarizə aparıblar. Çempionatda klubun idmançıları 4 bürünc medal qazanıblar.
Həmçinin, noyabrın 14-15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Dünya Karate Federasiyasının (WKF) təşkilatçılığı ilə “Tbilisi Open-2026” beynəlxalq turniri keçirilib. 7 ölkədən 600-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycan Karate Federasiyasının yeniyetmələr, gənclər və böyüklərdən ibarət təmsilçiləri də qüvvələrini sınayıblar. Turnirdə FHN-in “Budokan” karate klubunun müvafiq yaş qrupları üzrə yığma komandaların üzvləri müxtəlif çəki dərəcələrində 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə ediblər.
FHN-in İdman-sağlamlıq klubunun rəisi, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi polkovnik Füzuli Musayev medalçılar və onların məşqçi-müəllimləri ilə görüşərək idmançıları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Görüşdə qazanılmış nailiyyətlərin əhəmiyyətindən danışılıb, medalçılara qiymətli hədiyyələr təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 Noyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















