Icma.az
close
up
RU
Kəmaləddin Heydərovun oğluna qarşı iddia qaldırılıb

Kəmaləddin Heydərovun oğluna qarşı iddia qaldırılıb

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Sabah, dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə Azərbaycan vətəndaşı Aygün Aydın qızı Mahmudovanın “Gilan” MMC-yə, holdinqin sahiblərindən olan Tale Kamaləddin oğlu Heydərova qarşı iddiası üzrə məhkəmə prosesi davam etdiriləcək.

Reyting.az Musavat.com-a istinadlaxəbər verir ki, Aygün Mahmudovanın iddiası Bakının mərkəzində, Neftçilər prospekti 60 ünvanında yerləşən, dəyəri milyonlarla ölçülən, 419 kvadrat metr torpaq sahəsi və içindəki 172,5 kvadrat metr əmlakı ilə bağlıdır. Aygün Mahmudova 17 ildir ki, saxta sənədlərə əsasən ələ keçirilmiş torpaq sahəsi və əmlakının geri qaytarılması üçün mübarizə aparır. İddiaçı, sabaha təyin olunan proseslə bağlı məhkəməyə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə vəsatət göndərib. Məqsəd “Gilan” MMC və onun aktivlərinin mümkün manipulyasiyalarla əldən çıxarılmasının qarşısını almaqdır.

Aygün Mahmudova və ailəsi 2007-ci ildə “Gilan” MMC rəhbərliyi ilə özlərinə məxsus əmlakın satılması barədə razılığa gəliblər. Əmlak üçün beh alınıb və müqavilənin rəsmi təsdiqi gözlənilib. Lakin bundan sonra hadisələr tam fərqli istiqamətdə cərəyan edib. “Gilan” MMC rəhbərliyi sövdələşməni uzadıb, əmlak sahibləri ilə görüşlərdən yayınmağa başlayıb. 2009-cu ildə məlum olub ki, torpaq sahəsi şirkət tərəfindən zəbt edilib, Aygün Mahmudovaya məxsus tikili sökülüb və ərazidə inşaat işləri aparılır. Aygün Mahmudovaya sonradan bəlli olub ki, 28 yanvar 2008-ci ildə “Gilan” MMC-nin direktoru Cəmil Muradov rüşvət hesabına saxta alqı-satqı müqaviləsi tərtib etdirib. Bu sənəddə onun adından saxta etibarnamə əsasında Aidə Bayramova adlı şəxs imza atıb. Hadisənin daha dramatik tərəfi isə budur ki, saxta etibarnaməni verən notarius şikayətlərdən bir müddət sonra özünü güllələyib. Ailə iddia edir ki, o, əslində öldürülüb və işin üstü qısa zamanda ört-basdır edilib. Şikayətlər davam etdikcə ailə üzvlərinə qarşı təhdidlər artıb, lakin hüquq-mühafizə orqanlarından heç bir nəticə əldə olunmayıb. Azərbaycanda bütün instansiya məhkəmələri “Gilan” MMC-nin xeyrinə qərarlar çıxardıqdan sonra Aygün Mahmudova ailəsi Avropa Məhkəməsinə şikayət edib.

AİHM 18 yanvar 2024-cü ildə qərar verib ki, Aygün Mahmudovanın bütün hüquqları saxta sənədlər və cinayət tərkibli hərəkətlər nəticəsində aşkar şəkildə pozulub. Bu qərardan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 09.10.2024-cü il tarixli qərarı ilə əvvəlki bütün məhkəmə qərarlarını ləğv edib, işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Hazırda iş üzrə ən qalmaqallı epizodlardan biri “Gilan” MMC-nin 2025-ci ilin avqustunda məhkəməyə köhnə tarixli, nömrəsiz, qeydiyyatsız ödəniş tapşırığı təqdim etməsidir. Şirkət iddia edir ki, guya 25 yanvar 2008-ci ildə, 26 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən, Aygün Mahmudovanın əmlakı üçün Aidə Bayramova ilə birlikdə yaşayan Cabir Zayidova 1 milyon 300 min dollar verilib. Aygün Mahmudovanın vəkilləri isə bunu tam absurd və saxta sənəd adlandırır. Deyirlər ki, Aygün Mahmudovaya məxsus olan, dəyəri ödənmədən onun əlindən alınan halal əmlakı bu illər ərzində əldən-ələ keçirilib. Rəsmi dövlət qurumlarının məktublarına əsasən 2008 və 2022-ci illərdə əmlak “Gilan” MMC-nin adına keçirilib. 2023-cü ildə saxta aktla əmlak Tale Kəmaləddin oğlu Heydərov adına keçirilib! 2024-cü ilin mayında isə Tale Kəmaləddin oğlu Heydərov, əmlakı “Aypara” Development MMC-yə satıb. “Aypara” Development MMC-nin də təsisçilərindən biri isə yenə də həmin Tale Kəmaləddin oğlu Heydərovdur.

Vəkillər bildirirlər ki, bu gün Aygün Mahmudovaya məxsus olan, ondan dəyıəri ödənilmədən, saxta sənədlərlə alınan torpaq sahəsində “Crescent Residences” tikilib. Aygün Mahmudova bildirir ki, torpağı ilə bağlı addan-ada keçirilmələr ədalətli məhkəmə qərarının icrasından yayınmaq və əmlakı əlçatmaz vəziyyətə gətirməyə xidmət edir. Aygün Mahmudova Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımova vəsatət təqdim etməklə Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinə əsaslanaraq aşağıdakı müvəqqəti təminat tədbirlərini tələb edir:

“Gilan” MMC-nin bütün əmlakına həbs qoyulsun.

Şirkətə aktivlərini azaltmaq üçün pul və maliyyə əməliyyatları aparmaq qadağan edilsin. “Aypara” Development MMC-nin adına keçirilmiş torpaq sahəsinə həbs qoyulsun. “Crescent Residences” üzrə hər hansı alqı-satqı qadağan edilsin. Eyni torpaq sahəsi üzrə bütün əqdlərin bağlanması dayandırılsın.

Aygün Mahmudovanın vəkilləri bildirir ki, əgər bu tədbirlər görülməsə, əmlak yenidən müxtəlif formalarda gizlədilə bilər. Bu da AİHM qərarının icrasını mümkünsüz edəcək. İş artıq illərdir ki, Azərbaycan ictimaiyyətinin diqqətindədir. AİHM-in ağır ittihamlarla dolu qərarından sonra Bakı Apellyasiya Məhkəməsinin verəcəyi qərar xüsusi əhəmiyyət daşıyır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 Dekabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri