Icma.az
close
up
RU
FHN Naxçıvanda komandaqərargah təlimi keçirdi Foto

FHN Naxçıvanda komandaqərargah təlimi keçirdi Foto

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyi (FHN) Naxçıvanda komanda-qərargah təlimi keçirib.

Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Nazirliyin aparatının və struktur qurumlarının idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi baş tutub.

Təlimin əsas məqsədi baş verə biləcək irimiqyaslı fövqəladə hadisələr zamanı ərazidə yerləşən qüvvə və vasitələrin real imkanlarının müəyyən edilməsi, onların hazırlıq səviyyəsi, qarşılıqlı fəaliyyət və idarəetmə sisteminin, baş verə biləcək fövqəladə halların qarşısının alınması və insanların təxliyəsinin təşkilinin təkmilləşdirilməsi olub.

Komanda-qərargah təliminə Nazirliyin qurumlarının qüvvə və vasitələri cəlb edilib.

Təlimin planına uyğun olaraq ilk öncə müvafiq tapşırıqlar çatdırılıb. Əməliyyat şəraitinə uyğun olaraq paralel üsul ilə qərargahlara 20-ə yaxın müdaxilələr təqdim olunub.

Qurumların qərargahları Böhran Vəziyyətlərində İdarəetmə İdarəsindən müdaxilələr üzrə qüvvə və vasitələrinin idarə edilməsini həyata keçirib.

Təlimin gedişində alınan tapşırıqların dəqiqləşdirilməsi, bölmələrdə və hadisə yerindəki vəziyyətin qiymətləndirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə qərarvermə prosesi, müdaxiləyə uyğun verilən sxemlər, xəritələr üzərində yürüşün, cəmləşmənin, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması məşq etdirilib.

Aparılan işlər barədə qərargahlardan verilən məlumatlar ümumiləşdirilib və qurum rəhbərlərinin məruzələri dinlənilib.

İki gün davam edən komando-qərargah təlimində qarşıya qoyulan məqsədlərə nail olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 04 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see197

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri