Icma.az
close
up
RU
FHN Naxçıvanda komanda qərargah təlimi KEÇİRDİ

FHN Naxçıvanda komanda qərargah təlimi KEÇİRDİ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Nazirliyin aparatının və struktur qurumlarının idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib.

Redaktor.az xəbər verir ki, təlimin əsas məqsədi baş verə biləcək irimiqyaslı fövqəladə hadisələr zamanı şəhər və rayonlarda yerləşən qüvvə və vasitələrin real imkanlarının tətbiqi səviyyəsinin müəyyən edilməsi, onların hazırlıq vəziyyəti, idarəetmə sisteminin, qərargahların qarşılıqlı fəaliyyətinin və rəhbər heyətin çevik qərarvermə bacarığının təkmilləşdirilməsi olub.

Komanda-qərargah təlimi Nazirliyin qurumlarının qüvvə və vasitələri cəlb olunmaqla 14 şərti fövqəladə hadisə ocağında keçirilib.

Təlimin planına uyğun olaraq ilk öncə yaranan ümumi vəziyyət və əməliyyat şəraiti izah olunub, müvafiq tapşırıqlar çatdırılıb.

Əməliyyat şəraitinə uyğun olaraq qərargahlara 22 sayda müdaxilə təqdim olunub. Qurumların qərargahları Böhran vəziyyətlərində idarəetmə zalından təlim rəhbərliyi tərəfindən koordinasiya olunub.

Nazirliyin şəhər və rayonlarda yerləşdirilən nəzarət kameraları vasitəsilə şərti fövqəladə hadisə ocaqlarında aparılan xilasetmə əməliyyatları, gücləndirmə vasitələrinin tətbiqi prosesi izlənilib, bölmələrdə və hadisə yerindəki vəziyyət qiymətləndirilib, bölmələrin ardıcıl fəaliyyəti təmin edilib.

Təlimdə rəhbər heyətin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə tapşırıqların alınması, dəqiqləşdirilməsi və qərarvermə prosesi məşq etdirilib. Görülən işlər barədə qərargahlar arasında intensiv məlumat mübadiləsi aparılıb, məlumatlar ümumiləşdirilib və qurum rəhbərlərinin məruzələri dinlənilib.

İki gün davam edən komanda-qərargah təlimində qarşıya qoyulan məqsədlərə nail olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Noyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri