FHN nümayəndələri Bakı Ekspo Mərkəzində panel sessiyasında iştirak ediblər FOTO
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisində təşkil edilmiş panel sessiyasında iştirak ediblər.
Redaktor.az xəbər verir ki, sessiyada iştirak edən FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov və Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova “Karbon emissiyasının azaldılması istiqamətində nüvə enerjisinin rolu” və “Atom elektrik stansiyalarının istismarının ətraf mühitə təsiri” mövzularında təqdimatla çıxış ediblər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar Agentliyin nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.
Baxış sayı:55
Bu xəbər 04 İyun 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















