Icma.az
close
up
RU
İlham Əliyev Bakı Ekspo Mərkəzində…

İlham Əliyev Bakı Ekspo Mərkəzində…

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olub.

Gununsesi.info xəbər verir ki, artıq milli brendə çevrilmiş “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində Xəzər regionunun ən böyük sərgiləridir.

Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, həmçinin açıq sahəsini əhatə edən və mayın 16-da başa çatacaq “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. İştirakçı və ziyarətçilərin istəkləri nəzərə alınaraq, bu il sərgilər 4 gün davam edəcək. Sərgilərin coğrafiyası dünyanın bir çox yerini əhatə etməklə, olduqca genişdir. Burada ABŞ, Çin, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı kənd təsərrüfatı istehsalçıları məhsullarını nümayiş etdirirlər. Qeyd edək ki, Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində təmsil olunur.

Dövlətimizin başçısı İtaliyanın stendi ilə tanış oldu. “İtaliya Respublikasının Milli Qrupu”nda ümumilikdə 7 şirkət təmsil olunur. Onlar müxtəlif kənd təsərrüfatı məhsullarını təqdim edirlər. İtaliya bu sərgilərə böyük maraq göstərən ölkələrdəndir. Odur ki, bu ölkə 10 ildən çoxdur ki, sərgilərdə iştirak edir.

Bu il “InterFood Azerbaijan” sərgisi öz 30 illik yubileyini qeyd edir. Ötən illər ərzində 50-dək ölkədən 3 mindən çox şirkət və 150 mindən artıq ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanıb. Burada təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayəsi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda, sərgi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun gücləndirilməsinə də töhfə verir.

Almaniya da sərgidə mütamadi olaraq iştirak edir. “Almaniya Milli Qrupu”nda kənd təsərrüfatı məhsullarını təqdim edən 8 şirkət təmsil olunur. Bu şirkətlər yalnız Almaniyada deyil, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dünyanın tanınmış şirkətləridir. Qeyd edək ki, Almaniya 5 ildir ki, sərgilərə qatılır.

Sərgilər Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Eyni zamanda, sərgilərə Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Qida və İçki Sənayeçiləri Assosiasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası fəal şəkildə dəstək verir.

Cənubi Koreyanın stendində 3 şirkət təmsil olunur. Onlar kənd təsərrüfatı məhsulları sahəsində tanınmış şirkətlərdir. Bu şirkətlər meyvəsoyma və emal avadanlıqları, meyvə-bağçılıq materialları üzrə ixtisaslaşıblar. Eyni zamanda, şirkətlərin biri süni intellektə əsaslanan sistemlə ağıllı heyvandarlıq monitorinqi və idarəetməsi sahəsində xidmətlərini təklif edir. Cənubi Koreya artıq ikinci ildir ki, sərgidə iştirak edir.

Kənd Təsərrüfatı Nazirliyi bu il də sərgilərdə stendlə iştirak edir. 2025-ci ildə nazirliyin iştirakının əsas mövzusu süni intellektin kənd təsərrüfatında tətbiqi ilə bağlıdır. Belə ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq süni intellektin kənd təsərrüfatında tətbiqi prioritet kimi müəyyən olunub. Sərgilər çərçivəsində Nazirlik süni intellektin tətbiqi ilə bağlı bir neçə layihəni iştirakçılara təqdim edəcək. Hazırda gündəmdə olan əsas məsələlərdən biri Azərbaycan universitetlərində süni intellekt istiqamətində təhsil alan tələbələr və bazarda olan böyük aqroparklar arasında sinerjinin yaradılmasıdır.

Prezident İlham Əliyev Gürcüstanın stendi ilə də tanış oldu. “Gürcüstan Milli Qrupu”nda 8 şirkət var. Onlar əsasən qida məhsullarını təqdim edirlər. Gürcüstan da bu sərgilərə böyük maraq göstərir. İndiyədək bu ölkə 10 dəfə sərgilərdə təmsil olunub.

“Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Buraya kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçıları, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, məhsulların distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar toplaşır.

Ekspozisiyada “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri də yer alır.

Sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır. Ötən il olduğu kimi, bu il də “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində iştirakçılar bu brend altında məhsullarını nümayiş etdirirlər.

Uzun illərdir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sərgiləri fəal şəkildə dəstəkləyir, kiçik və orta sahibkarların tədbirlərdə iştirakı üçün stend təşkil edir. Şirkətlər bazarın yenilikləri ilə tanış olur, sahənin aparıcı liderləri ilə əlaqələr quraraq, inkişaf edir.

Belarus da sərgilərə böyük maraq göstərən ölkələrdəndir. Milli stenddə qida məhsulları istehsal edən 15 şirkət təmsil olunur. Onlar pendir, ətin qablaşdırması və emalı, süd sənayesi kimi sahələrdə ixtisaslaşmış şirkətlərdir. Bundan başqa Belarusun kənd təsərrüfatı texnikası da sərgidə geniş təmsil olunur. Qeyd edək ki, 10 ildən çoxdur bu ölkə sərgilərdə iştirak edir.

Prezident İlham Əliyev sərgilərin açıq hissəsində nümayiş etdirilən texnika və pavilyonlarla tanış oldu. Azərbaycanın kənd təsərrüfatı və qida sənayesinin inkişafına dəstək verərək, ölkənin ixrac potensialının artırılması, xarici investisiyaların cəlb edilməsinə imkan yaradır, eyni zamanda, qida təhlükəsizliyi və innovativ həllərin tətbiqi üçün əlverişli platforma rolunu oynayır. Sərgilərin miqyasını və sərgi çərçivəsində keçirilən tədbirlərin zəngin proqramını nəzərə alaraq, “Caspian Agro” və “InterFood Azerbaijan” 2026-cı ildən etibarən yeni “AgriWeek” brendi altında keçiriləcək.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 May 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri