Icma.az
close
up
RU
FHN Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində təlim keçirib

FHN Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində təlim keçirib

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində təlim keçirilib.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd mümkün fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, müəssisə heyətinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.

Təlimə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq şəxsi heyəti və texnikası cəlb olunub.

Tədbirin nəzəri hissəsində çıxış edən FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik İlqar Səfərov Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən və FHN tərəfindən bu istiqamətdə görülən işlərdən danışıb.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin direktoru Mirələm Calalov bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib, fövqəladə hallarla bağlı davranış qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb.

Daha sonra FHN-in əməkdaşları tərəfindən fövqəladə hallar zamanı davranış qaydalarına dair müxtəlif mövzularda təqdimatlar edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

Təlimin praktiki hissəsində isə baş vermiş şərti zəlzələ ilə əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşlarının təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, Bakı Regional Mərkəzinin xilasediciləri operativ qaydada “hadisə yerinə” çataraq “zərərçəkmişlərin” təhlükəsiz yerə təxliyəsini həyata keçirib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstəriblər”.

Uğurla başa çatan tədbirdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Avqust 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri