Icma.az
close
up
RU
Təcili və təxirəsalınmaz tibbi yardım bayramda belə işləyəcək

Təcili və təxirəsalınmaz tibbi yardım bayramda belə işləyəcək

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bayram günlərində əhalinin sağlamlığının qorunması məqsədilə TƏBİB rəhbərliyi tərəfindən tibb müəssisələrinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların təcili tibbi yardıma fasiləsiz çıxışını təmin etmək üçün müvafiq təşkilati tədbirlər görülüb.

Bundan əlavə, tibb müəssisələrində təcili təxirəsalınmaz tibbi yardım, reanimasiya və intensiv terapiya, təxirəsalınmaz cərrahi yardım, travmatoloji yardım, kardioloji və nevroloji təcili yardım, toksikoloji yardım, təcili pediatrik yardım, təcili mamalıq-ginekoloji yardım, habelə laboratoriya və radioloji təxirəsalınmaz diaqnostika xidmətlərinin gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcəkdir.

Eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

Qeyri-iş günlərində xidmətin operativliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik sistemi təşkil olunub, həkim briqadalarının sayı mövcud ehtiyaclara uyğun olaraq formalaşdırılıb. Təcili tibbi yardım briqadaları tibbi avadanlıqlar, dərman preparatları və digər zəruri tibbi vasitələrlə tam təmin edilib.

Qeyd edilib ki, hazırda Bakı şəhəri üzrə təxminən 140 təcili tibbi yardım briqadası, ölkənin 61 regionu üzrə isə 270-ə yaxın briqada xidmətə hazır vəziyyətə gətirilib. 

Bayram günlərində həm ölkə daxilindən, həm də xarici ölkələrdən, xüsusilə Bakı şəhərinə gələn şəxslərin sayında artım müşahidə olunduğundan, maddi-texniki təminat və kadr resursları bu artıma uyğun şəkildə planlaşdırılıb.

Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin fasiləsiz, operativ və səmərəli fəaliyyəti nəzarətdə saxlanılacaq, fövqəladə hallara çevik reaksiya verilməsi təmin ediləcəkdir.

Gülər 
" Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri