FHN Sumqayıt Regional Mərkəzində “açıq qapı günü” keçirilib VİDEO
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində gənclərin iştirakı ilə “Beynəlxalq Fəlakət Riskinin Azaldılması Günü” ilə əlaqədar “açıq qapı günü” keçirilib.
APA FHN-ə istinadən xəbər verir ki, tədbirin keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə gənclərə müvafiq biliklərin aşılanması olub.
Tədbirdə Sumqayıt Regional Mərkəzinin və FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının, Gənclər və İdman Nazirliyi Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Sumqayıt Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin və Xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların gənc mütəxəssisləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov çıxış edərək dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğının əhəmiyyətindən bəhs edib, onların vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar. Natiqlər, həmçinin gənclərin fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıblar. Tədbirin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri barədə məlumat verilib, zəruri davranış qaydaları izah olunub.
“Açıq qapı günü”ndə gənclərə FHN-in Sumqayıt Regional Mərkəzinin və digər yerli qurumlarının xüsusi texnika və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, suallar cavablandırılıb. Tədbir çərçivəsində, həmçinin gənclər üçün viktorina təşkil edilib, qaliblərə fəxri fərmanlar təqdim olunub. Tədbir iştirakçıları Regional Mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi, eləcə də uşaqların əl işlərindən ibarət sərgi ilə də tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 14 Oktyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















