Icma.az
close
up
RU
FHN in Muğan Regional Mərkəzində kurs keçirilib

FHN in Muğan Regional Mərkəzində kurs keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş əməliyyat idarəsi və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarəedilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə nazirliyin Muğan Regional Mərkəzində “Beynəlxalq Humanitar Əməliyyatlarda iştirakın əsasları, beynəlxalq standartlar və idarəetmə sistemləri” və “Beynəlxalq axtarış-xilasetmə əməliyyatları zamanı idarəetmənin və koordinasiyanın təşkili” mövzularında kurs keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursun keçirilməsində əsas məqsəd əməliyyatların planlaşdırılması və qərargahların idarə olunması istiqamətində, həmçinin əməliyyatlar zamanı effektiv idarəetmə və koordinasiyanın təşkili sahəsində FHN Muğan Regional Mərkəzinin və nazirliyin Salyan şəhərində yerləşən struktur bölmələrinin, eləcə də axtarış-xilasetmə bölmələri komandirlərinin bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub. Həmçinin kurs həmin sahədə mövcud olan beynəlxalq rəhbəredici sənədlər və standartlar barədə məlumatların daha da artırılması məqsədilə təşkil olunub.

Tədbir zamanı “Beynəlxalq Axtarış-xilasetmə və Məşvərət Qrupunun (İNSARAG)” təlimatları əsasında tərtib olunan sənədlər, həmçinin humanitar əməliyyatlar zamanı “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzi (VOSOCC)”, “İNSARAG Koordinasiya və İdarəetmə Sisteminin (İCMS)” imkanları və iş prinsipləri, beynəlxalq humanitar əməliyyatlar zamanı idarəetmənin təşkili barədə iştirakçılara geniş məlumat verilib. Eyni zamanda, Muğan Regional Mərkəzinin ərazisində zəruri sənəd və avadanlıqlarla komplektləşdirilmiş “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzi (UCC)”nin və “Qəbuletmə-yolasalma Məntəqəsi (RDC)”nin iş prinsipləri həm nəzəri, həm də praktik şəkildə izah edilib.

Tədbirin yekununda xüsusi mobil tətbiq vasitəsilə tədbirə cəlb olunan əməkdaşlar arasında keçirilmiş dərslərin mənimsənilməsi yoxlanılıb və FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin hazırlıq və sinifləndirmə dövrünü əks etdirən videoçarx nümayiş olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri